Kəhf - 18:109 De ki, "Rəbbimin sözləri üçün okean mürəkkəb olsa və hətta bir o qədərini də əlavə etsək, Rəbbimin sözləri tükənmədən okean tükənər."
18: 109 ilə əlaqəli ayə:
Loğman/31:27 Yer üzündə olan bütün ağaclar qələm olsa, dənizlərə yeddi dəniz əlavə olunaraq istifadə edilsə, Allahın kəlmələri tükənməz. Allah Üstündür, Hikmət Sahibidir."