Kəhf - 18:13 Onların xəbərini sənə gerçək olaraq anlatırıq. Onlar Rəblərinə iman etmiş gənclər idi. Onların hidayətini artırmışdıq.
Quran, cəmiyyətlərin din adına ixtilafa düşdüyü mövzular haqqında gerçəkləri dilə gətirir:
Furqan/25:33 Onların sənə yönəltdikləri hər tezisə (iddiaya) qarşı, Biz sənə gerçəyi və ən gözəl açıqlamanı gətirərik.

Nəml/27:76 Bu Quran, İsrail oğullarının hələ də, mübahisəsini etdiyi bir çox mövzunu anlatmaqdadır.

Kəhf/18:13 Onların xəbərini sənə gerçək olaraq anlatırıq. Onlar Rəblərinə iman etmiş gənclər idi. Onların hidayətini artırmışdıq.

Ali İmran/3:59 Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.
Ali İmran/3:60 Bu, Rəbbindən gələn gerçəkdir; şübhə edənlərdən olma.
Ali İmran/3:61 Sənə gələn bu bilgidən sonra hər kim bu mövzuda səninlə mübahisə edərsə, de ki: “Gəlin övladlarımızı, övladlarınızı, qadınlarımızı, qadınlarınızı çağıraraq biz və siz (hamılıqla) bir araya gələk və sonra Allahın lənətinin yalançıların üzərinə olması üçün lənətləşək."
Ali İmran/3:62 Məhz, deyilənlərin gerçəyi budur. Allahdan başqa heç bir tanrı yoxdur və əlbəttə Allah Güclüdür, Hikmət Sahibidir.

Məryəm/19:34 Bax, Məryəm oğlu İsa belə idi. Haqqında şübhəyə düşdükləri mövzunun gerçəyi budur.
Məryəm/19:34 Bax, Məryəm oğlu İsa belə idi. Haqqında şübhəyə düşdükləri mövzunun gerçəyi budur.

Ali İmran/3:62 Məhz, deyilənlərin gerçəyi budur. Allahdan başqa heç bir tanrı yoxdur və əlbəttə Allah Güclüdür, Hikmət Sahibidir.

Qasas/28:3 İman edən bir camaat üçün, Musa ilə Fironun bəzi xəbərini sənə doğru olaraq anlatmaqdayıq.

Səcdə/32:3 "Onu uydurdu"mu deyirlər? Halbuki bu, səndən öncə özlərinə bir xəbərdar edən (elçi) yetişməmiş bir camaatı, bəlkə yola gələrlər deyə xəbərdar etməyin üçün Rəbbindən gələn bir gerçəkdir.

Fatir/35:31 Bu kitabda sənə vəhy etdiklərimiz, özündən öncəkiləri təsdiqləyən gerçəkdir. Allah qullarından Xəbərdardır, Görəndir.

Bəqərə/2:41 Yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimə iman edin. Ona qarşı çıxanların birincisi olmayın! Ayələrimi dəyərsiz şeylərlə dəyişməyin, sadəcə Məndən çəkinin.
Bəqərə/2:91 Onlara, “Allahın nazil etdiyinə iman edin!”– deyildiyində, (onlar:) “Biz özümüzə nazil edilənə iman edirik”– deyərək ondan sonra gələni inkar edərlər. Halbuki bu, yanlarında olanı təsdiqləyən gerçəkdir. De: “İman etmişdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?”
Bəqərə/2:176 Belədir; çünki Allah gerçəyi əhatə edən kitabı nazil etmişdir və kitab haqqında mübahisə edənlər isə həqiqətən dərin bir anlaşılmazlıq içindədir.

Yunus/10:94 Sənə nazil etdiyimiz haqqında bir şübhən varsa, kitabı (səndən) öncə oxumuşlardan soruş. Sənə Rəbbindən gerçək gəlmişdir. Şübhə edənlərdən olma.

Ali İmran/3:3 Sənə bu kitabı, özündən öncəkiləri təsdiqləyici olaraq gerçəklə nazil etdi. Tövratı və İncili də nazil etdi.

Bəqərə/2:213 İnsanlar tək bir topluluq idi. Allah peyğəmbərləri müjdələyici və xəbərdar edici olaraq göndərdi. Və ixtilafa düşdükləri mövzularda insanların arasında hökm etmələri üçün onlarla birlikdə gerçəyi əhatə edən kitabı nazil etdi. Halbuki kitab verilənlər onlara açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı qısqanclıqdan ötrü onun haqqında ixtilafa düşdülər. Fəqət Allah, izni ilə iman edənləri onların ixtilafa düşdüyü gerçəyə yetişdirdi. Allah istədiyini/istəyəni doğru yola yönəldir.
Bəqərə/2:146 Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar; Amma yenə də onlardan bir qrup bilə-bilə gerçəyi gizlədir.

Nisa/4:105 İnsanlar arasında Allahın sənə göstərdiyi kimi hökm verəsən deyə, Biz sənə gerçəyi ehtiva edən kitabı nazil etdik. Xainləri müdafiə edənlərdən olma.

Maidə/5:19 Ey kitab əhli! Elçilər arasındakı bir boşluq dönəmindən sonra sizə elçimiz gəlmişdir və sizə gerçəkləri anladır ona görə ki, "Bizə bir müjdələyici və xəbərdarlıq edən gəlmədi," deməyəsiniz. Artıq sizə müjdəçi və xəbərdaredici gəldi. Allah hər şeyə Gücü Yetəndir.
Maidə/5:48 Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.