Kəhf - 18:77 Beləcə getdilər. Nəhayət, bir kənd camaatı ilə rastlaşdılar və camaatdan yeməyə bir şey istədilər. Fəqət onları müsafir qəbul etməyi rədd etdilər. Elə bu vaxt orada yıxılmaq üzrə olan bir divar gördülər, dərhal onu düzəltdilər. "İstəsəydin, o işə görə ücrət ala bilərdin," dedi.
Əlaqəli:
Ta ha/20:40 "O vaxt bacın gedib, 'Ona baxacaq birini sizə göstərimmi?' deyirdi. Beləcə, gözü aydınlansın və üzülməsin deyə, səni anana geri döndərmişdik. Hətta sən bir nəfəri öldürmüşdün, səni üzüntüdən qurtarmış və müxtəlif sınaqlardan keçirmişdik. Mədyən xalqının arasında illərlə qaldıqdan sonra bəlli bir plana görə indi geri gəlmisən, Musa."
اِذْ تَمْش۪ٓي اُخْتُكَ فَتَقُولُ هَلْ اَدُلُّكُمْ عَلٰى مَنْ يَكْفُلُهُۜ فَرَجَعْنَاكَ اِلٰٓى اُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَۜ وَقَتَلْتَ نَفْساً فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُوناً۠ فَلَبِثْتَ سِن۪ينَ ف۪ٓي اَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلٰى قَدَرٍ يَا مُوسٰى