Məryəm - 19:12 "Yəhya, kitaba yaxşıca sarıl." Uşaq yaşda ikən ona hikmət vermişdik.
Yəhya:
Ali İmran/3:38 Zəkəriyya oradaca Rəbbinə dua edərək dedi: “Rəbbim! Qatından mənə tərtəmiz bir soy ver, Sən duaları Eşidənsən”.
Ali İmran/3:39 Məbəddə durub namaz qılarkən mələklər ona: “Allah səni, Allahın sözünü təsdiqləyəcək, qürurlu, iffətli və müttəqi bir peyğəmbər olan Yəhya ilə müjdələyir", deyə səsləndilər.

Məryəm/19:7 "Zəkəriyya, sənə bir oğul müjdələyirik. İsmi Yəhyadır. Onun kimisini daha öncə yaratmadıq."
Məryəm/19:8 "Rəbbim, mənim necə bir oğlum ola bilər? Arvadım qısır, mən isə həddən artıq yaşlıyam," dedi.
Məryəm/19:9 "Bəli elədir, (lakin) Rəbbin, 'O iş Mənim üçün asandır. Daha öncə səni yaratmışdım və sən heç bir şey deyildin' deyir."
Məryəm/19:10 "Rəbbim, mənə bir işarət ver," dedi. "Sənin işarətin, bir-birinin ardınca üç gecə boyunca insanlarla danışmamandır."
Məryəm/19:11 Məbəddən insanların arasına çıxdı və, "Onu (Allahı) səhər-axşam düşünüb xatırlayın," deyə onlara işarətlə bildirdi.
Məryəm/19:12 "Yəhya, kitaba yaxşıca sarıl." Uşaq yaşda ikən ona hikmət vermişdik.
Məryəm/19:13 Əlavə olaraq qatımızdan bir şəfqət və dürüstlük... Müttəqi biri idi.
Məryəm/19:14 Ana-atasına qarşı yaxşı davranırdı, əsla zorakılıq edən (dikbaş) və üsyankar olmadı.
Məryəm/19:15 Doğulduğu gün, öləcəyi gün və diri olaraq qaldırılacağı gün ona salam olsun!

Ənam/6:85 Zəkəriyya, Yəhya, İsa və İlyasa da... Hamısı da yaxşılardan idi.
Ənam/6:86 İsmail, Əl-Yəsə, Yunus və Luta da... Hamısını insanlara üstün etdik.
Ənam/6:87 Atalarından, soylarından və qardaşlarından bir çoxunu seçib doğru yola yönəltdik.
Ənam/6:88 Allahın hidayəti belədir. Qullarından istədiyini və/və ya istəyəni ona yetişdirir. Ortaq qoşsaydılar etdikləri boşa çıxardı.
Ənam/6:89 Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.