Məryəm - 19:48
"Sizdən və Allahdan başqa yalvardıqlarınızdan ayrılıram. Mən Rəbbimə yalvarıram. Ümid edirəm ki, Rəbbimə yalvarmaqla bəxtsiz (bədbəxt) olmaram."
Allaha yalvarmaqla bəxtsiz/talehsiz olanlar; Allahla yanaşı başqa tanrılar qəbul edib, şəfaətlərini ümid edərək yalvaranlar:
Həcc/22:12
Allahdan ayrı olaraq, özünə fayda və zərər verə bilməyənlərə yalvarır. Azğınlığın ən son nöqtəsi budur!
Yunus/10:18
Allahı buraxıb, özlərinə nə zərər, nə də fayda verə bilməyənlərə qulluq/xidmət edirlər və: "Bunlar, Allah yanında bizə şəfaət edəcəklər," deyirlər. De ki: "Allahın göylərdə və yerdə bilmədiyi şeylərimi Ona bildirirsiniz? O çox Ucadır, ortaq qoşduqlarınızdan uzaqdır."