Məryəm - 19:6 "Mənə və Yəqub soyuna varis olsun. Rəbbim, onu bəyəndiyin biri et."
Yəqub (ə.s):
Hud/11:71 Ayaq üstə duran arvadı (bu xəbərə sevinib) gülüncə Biz də ona (İbrahimə) İshaqı və İshaqın ardından Yəqubu müjdələdik.

Yusuf/12:4 Yusuf, bir zaman atasına: "Atacan, on bir ulduzu, günəşi və ayı gördüm, onların mənə səcdə etdiklərini gördüm," dedi.
Yusuf/12:5 (Atası Yəqub) dedi: "Oğlum, yuxunu qardaşlarına anlatma, ola bilər ki, sənə qarşı bir plan qurarlar. Çünki şeytan, insana açıq-aşkar bir düşməndir."

Ənbiya/21:72 Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.

Ənkəbut/29:27 Ona (İbrahimə) İshaq və Yəqubu bağışladıq. Soyuna peyğəmbərlik və Kitab verdik. Mükafatını bu dünyada verdik və axirətdə də müttəqilərlə birlikdə olacaqdır.

Hud/11:69 Elçilərimiz İbrahimə müjdəni götürdüklərində "Salam!" (sülh olsun) dedilər. O da "Salam!" dedi və dərhal (onlara) qızardılmış bir buzov gətirdi.
Hud/11:70 Əllərinin ona uzanmadığını görüncə, bu hallarını bəyənmədi; içinə bir qorxu düşdü. "Qorxma," dedilər, "Biz Lutun xalqına göndərilmişik."

Bəqərə/2:140 İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."

Sad/38:45 Qullarımız İbrahim, İshaq və Yəqubu da xatırla. Məharətli və uzaqgörən idilər.