Məryəm - 19:65 Göylərin, yerin və bunların arasında olanların Rəbbidir! Ona qulluq et və Ona olan qulluğunda davamlı ol! Ona bənzər birini bilirsənmi?!
Göylərin, yerin və arasındakıların Rəbbidir: Əlaqəli
Kəhf/18:14 Qalxdıqlarında qəlblərini sağlamlaşdırmışdıq. "Rəbbimiz, göylərin və yerin Rəbbidir. Ondan başqa tanrı qəbul etməyəcəyik. Yoxsa, yanlış söz söyləmiş olarıq."

Məryəm/19:65 Göylərin, yerin və bunların arasında olanların Rəbbidir! Ona qulluq et və Ona olan qulluğunda davamlı ol! Ona bənzər birini bilirsənmi?!

Ənbiya/21:56 Dedi ki, "Əslində sizin Rəbbiniz göylərin və yerin Rəbbidir; onları ayıraraq yaratmışdır. Mən buna şahidlik edənlərdənəm."

Şuəra/26:24 (Musa) dedi ki, "Qəti bir inanca sahibsinizsə, O, göylərin, yerin və aralarındakıların Rəbbidir!"

Saffat/37:5 Göylərin, yerin və aralarındakıların Rəbbi, məşriqlərin Rəbbidir.

Duxan/44:7 Göylərin, yerin və aralarındakıların Rəbbidir. Qəti bir inanca sahibsinizsə ...

Nəbə/78:37 Göylərin, yerin və aralarındakıların Rəbbidir, Rəhmandır. Heç bir davada (hesab barəsində) Ona xitab edə bilməzlər.