Məryəm - 19:80 Bəhs etdikləri Bizə qalacaq və Bizə yalnız gələcəkdir.
Mənə mal və övlad veriləcək deyəni gördünmü? Əlaqəli
Nəcm/53:35 Gizli şeylərin bilgisinəmi sahibdir ki, (gələcəyi) görür?
اَعِنْدَهُ عِلْمُ الْغَيْبِ فَهُوَ يَرٰى

Məryəm/19:77 Ayələrimizi rədd edən və, "Mənə mal və övlad veriləcək," deyəni gördünmü?
اَفَرَاَيْتَ الَّذ۪ي كَفَرَ بِاٰيَاتِنَا وَقَالَ لَاُو۫تَيَنَّ مَالاً وَوَلَداًۜ
Məryəm/19:78 Gələcəyin bilgisinəmi sahib oldu? Yoxsa Rəhmandan bir sözmü aldı?
اَطَّـلَعَ الْغَيْبَ اَمِ اتَّخَذَ عِنْدَ الرَّحْمٰنِ عَهْداًۙ
Məryəm/19:79 Xeyr. Söylədiklərini qeyd edəcəyik (yazacağıq) və cəzasını artıracağıq.
كَلَّاۜ سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُ مِنَ الْعَذَابِ مَداًّۙ

Muddəssir/74:16 Əsla, çünki o, ayələrimizə qarşı bir inadkar oldu.
كَلَّاۜ اِنَّهُ كَانَ لِاٰيَاتِنَا عَن۪يداًۜ