Məryəm - 19:85 Müttəqiləri, Rəhmanın hüzurunda qonaq qrupları halında (hörmətli qonaqlar kimi) toplayacağımız...
Yaxşıların Cənnətə daxil olması:
Nəhl/16:32 Yaxşı vəziyyətdə ikən mələklər canlarını almağa gəldiklərində, "Sizə salam olsun! Etdiklərinizin qarşılığı olaraq cənnətə girin!" deyərlər.

Məryəm/19:60 Tövbə edən, iman edən və müttəqi davrananlardan başqa. Onlar ən xırda bir haqsızlığa uğramadan cənnətə girərlər.

Ənbiya/21:103 O ən böyük qorxu onları üzməz. Mələklər onları qarşılayıb deyərlər: "Bax bu, sizə söz verilən gününüzdür!"

Zumər/39:73 Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.

Zuxruf/43:69 Ayələrimə iman edənlər və təslim olanlar,
Zuxruf/43:70 Siz və həmtaylarınız cənnətə girin; sevinc içində qarşılanacaqsınız.

Fəcr/89:28 Razı olaraq və razı olunaraq Rəbbinə dön.