Məryəm - 19:97
Bunu sənin dilinlə asanlaşdırdıq; onunla müttəqiləri müjdələyəsən və inadkar camaata xəbərdarlıq edəsən deyə.
Quranın ümumi xəbərdarlığı nədir?
Naziat/79:42
Səndən, "Saat (dünyanın sonu) nə zaman gerçəkləşəcəkdir?" deyə soruşurlar.
Nəbə/78:38
Gün gələcək Ruh və mələklər cərgə-cərgə durarlar. Rəhmanın izin verdiklərindən başqa heç kimsə danışa bilməz. Onlar da doğrunu söyləyərlər.
Nəbə/78:39
Bax gerçək gün budur. İstəyən, Rəbbinə doğru yol tutsun.
Nəbə/78:40
Biz, sizə yaxın bir əzab ilə xəbərdarlıq etmişik. O gün insan etdiklərinə baxar və inkar edən isə, "Kaş ki, torpaq olsaydım!" deyər.
Ənam/6:70
Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.
Şuəra/26:192
Bu, aləmlərin Rəbbinin nazil etdiyi vəhydir.
Şuəra/26:193
Onu güvənilir Ruh (Cəbrail) nazil etmişdir.
Şuəra/26:194
Sənin qəlbinə... xəbərdar edənlərdən biri olasan deyə.
Furqan/25:1
Bütün dünyaya bir xəbərdarlıq olaraq, Qanunlar Kitabını quluna nazil edən çox Ucadır.
Naziat/79:43
Onu bildirmək, (ey Muhəmməd) sənin görəvin deyildir.
Naziat/79:44
Onun qərarı Rəbbinə aiddir.
Naziat/79:45
Sənin görəvin, sadəcə ondan qorxanları xəbərdar etməkdir.
Ənam/6:130
Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.
Kəhf/18:2
Qüsursuz bir (kitab)... Ondan gələcək (olan) şiddətli bir cəzaya qarşı xəbərdar etsin və müttəqi davranan möminlər üçün gözəl bir mükafatı müjdələsin.
Nəhl/16:2
Qullarından istədiyinə, mələkləri vəhylə endirərək, əmrini çatdırır: "İnsanlara xəbərdarlıq edin: Məndən başqa tanrı yoxdur və Məni dinləyin."
Sad/38:65
De ki, "Mən sadəcə xəbərdar edən biriyəm. Tək və Hakim olan Allahdan başqa bir tanrı yoxdur."
Məryəm/19:39
Haqq-hesabın (sorğu-sualın) yekunlaşacağı Kədər Günü haqqında onları xəbərdar et. Onlar hələ də qəflətdədirlər, iman etmirlər.
Ğafir/40:15
Dərəcələri Yüksəldən, Hökmranlığın Sahibi. Görüşmə Gününə qarşı xəbərdar etsin deyə qullarından istədiyinə, əmrlərini əhatə edən vəhyini nazil edir.
Ali İmran/3:30
Gün gələcək, hər kəs etdiyi hər yaxşılığı önündə hazır görəcək. İşlədiyi hər pislik ilə özü arasında uzun bir məsafə olmasını istəyəcək. Allah Özü haqqında sizə xəbərdarlıq edir. Allah qullara şəfqətlidir.
Ənam/6:19
Soruş: "Kimin şahidliyi böyükdür?" De ki: "Mənimlə sizin aranızda Allah Şahiddir. Sizi və yetişəcəyi hər kəsi xəbərdar etmək üçün mənə bu Quran verildi. Allahdan başqa tanrı olduğunamı şahidlik edirsiniz?" De: "Mən belə şahidlik etmirəm." Və sonra bunu da söylə: "O tək bir Tanrıdır. Mən sizin ortaq qoşduğunuz şeydən uzağam."
Qaf/50:2
İçlərindən xəbərdarlıq edən birinin onlara gəlməsini qəribə qarşıladılar! Kafirlər, "Bu, qəribə bir şeydir," dedilər,
Şura/42:7
Paytaxt (Ana şəhər) və çevrəsini xəbərdar etməyin üçün və gerçəkləşəcək olan Toplanma Gününə qarşı xəbərdar etməyin üçün Biz qüsursuz bir dilə sahib olan bir Quranı beləcə sənə vəhy edirik. Onlardan bir qismi cənnətə, bir qismi də cəhənnəmə girəcəkdir.
Qaf/50:2
İçlərindən xəbərdarlıq edən birinin onlara gəlməsini qəribə qarşıladılar! Kafirlər, "Bu, qəribə bir şeydir," dedilər,
Leyl/92:14
Mən sizi alovlu bir atəşə qarşı xəbərdar etdim.
Leyl/92:15
Oraya talesiz (bədbəxt) olandan başqası girməz.
Ənam/6:51
Rəblərinin hüzuruna çıxacaqlarına görə həyəcanlananları onunla (Quranla) xəbərdar et. Ondan başqa bir sahibləri və şəfaətçiləri (vasitəçiləri) yoxdur. Bəlkə qorunarlar.
Hud/11:1
Əlif. Ləm. Ra. (Bu) elə bir kitabdır ki, Hikmət sahibi və hər şeydən Xəbərdar biri tərəfindən ayələri sağlamlaşdırılmış və sonra da açıqlanıb detallanmışdır.
Hud/11:2
(Ona görə) ki, Allahdan başqasına qulluq/xidmət etməyin. Şübhəsiz mən, Onun tərəfindən sizə bir xəbərdarlıq edən və müjdə verənəm.
İbrahim/14:44
İnsanları, əzabın onlara gələcəyi gün barəsində xəbərdar et. Zalımlar, "Rəbbimiz, bizi yaxın bir vaxta qədər möhlət ver ki, sənin çağırışına qatılaq və elçilərə tabe olaq," deyəcəklər. Halbuki daha öncə siz, sonunuzun gəlməyəcəyinə dair and içməmişdinizmi?
İbrahim/14:52
Bu, insanlar üçün bir bildirişdir. Bu xəbərdarlığı dinləsinlər, Onun yalnız Tək Tanrı olduğunu bilsinlər və ağıl sahibləri öyüd alsınlar.
Ğafir/40:18
Onları yaxınlaşan gün haqqında xəbərdar et, o zaman ürəklər qırtlaqlarda dayanmışdır, udqunurlar. Zalımlar üçün nə bir dost, nə də sözü dinlənilən bir şəfaətçisi vardır.
Zumər/39:13
De ki, "Rəbbimə qarşı gələrsəm, Böyük Günün əzabından qorxaram."
Zumər/39:14
De ki, "Dinimi yalnız Allaha xas edərək Ona qulluq/xidmət edirəm."
Zumər/39:15
"Siz də Ondan başqa istədiyinizə qulluq/xidmət edin." De ki, "Əsl ziyana uğrayanlar, axirət günündə özlərini və ailələrini ziyana uğradanlardır." Açıq-aşkar ziyan budur.
Zumər/39:16
Onların üstündə də, altlarında da qatbaqat atəş vardır. Allah qullarını beləcə xəbərdar edir. Qullarım, Mənə hörmət edin.
Zumər/39:71
İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.
Nisa/4:165
Müjdələr və xəbərdarlıqlar gətirən elçilər... Ona görə ki, bütün bu elçilərdən sonra insanların Allaha qarşı bir bəhanələri qalmasın. Allah Üstündür, Hikmət Sahibidir.
Maidə/5:19
Ey kitab əhli! Elçilər arasındakı bir boşluq dönəmindən sonra sizə elçimiz gəlmişdir və sizə gerçəkləri anladır ona görə ki, "Bizə bir müjdələyici və xəbərdarlıq edən gəlmədi," deməyəsiniz. Artıq sizə müjdəçi və xəbərdaredici gəldi. Allah hər şeyə Gücü Yetəndir.
Qaf/50:24
Haydı ikiniz atın cəhənnəmə hər inadçı kafiri,
Qaf/50:25
Yaxşılığı əngəlləyən, azğın, şübhə edəni...
Qaf/50:26
O ki, Allah ilə birlikdə başqa tanrı qəbul etdi. Onu o çətin (şiddətli) cəzanın içinə atın.
Qaf/50:27
Yoldaşı, "Rəbbim, mən onu azdırmadım; fəqət o özü dərin bir azğınlıq içində idi," deyər.
Qaf/50:28
O da deyər ki, "Hüzurumda höcətləşməyin. Sizə daha öncədən xəbərdarlıq göndərmişdim."
Qaf/50:29
"Mənim qatımda söz dəyişdirlməz və Mən qullara əsla haqsızlıq etmərəm."
Zəriyət/51:50
Elə isə Allaha (tərəf) tələsin. Şübhəsiz mən, Onun tərəfindən sizə göndərilmiş bir xəbərdar ediciyəm.
Zəriyət/51:51
Allah ilə birlikdə başqa tanrı qəbul etmə. Mən, Onun tərəfindən sizə göndərilmiş bir xəbərdar ediciyəm.