Ta ha - 20:8 Allah, Ondan başqa Tanrı yoxdur. Bütün gözəl isimlər Onundur.
Bütün gözəl isimlər Allahındır:
Əraf/7:180 Ən gözəl isimlər Allahındır; elə isə Onu onlarla (o isimlərlə) çağırın. Onun isimlərini təhrif edənləri buraxın; etdiklərinin cəzasını çəkəcəklər.

İsra/17:110 De ki: "İstər Allah deyə çağırın, istər Rəhman deyə çağırın. Hansı ilə çağırarsanız, bütün gözəl isimlər Onundur." Namazında nə elan et, nə də gizlə; ikisinin arasında bir yol tut.

Ta ha/20:8 Allah, Ondan başqa Tanrı yoxdur. Bütün gözəl isimlər Onundur.


Həşr/59:24 O, Yaradan, Yoxdan var edən və Surətverən Allahdır. Bütün gözəl isimlər Onundur. Göylərdə və yerdə nə varsa Onu ucaldır. O, Üstündür, Hikmət Sahibidir.