Ənbiya - 21:29 Onlardan kim, "Mən Onun yanında bir tanrıyam," deyərsə, onu Cəhənnəmlə cəzalandırarıq; zalımları Biz bu cür mükafatlandırırıq.
Xristianların, Allahla yanaşı tanrı qəbul etdikləri İsa (ə.s) "Allahdan sonra mənə də qulluq edin," deyə insanları özünə tərəf çağırmadı:
Maidə/5:116 Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
Maidə/5:117 "Mən onlara 'Rəbbim və Rəbbiniz olan Allaha qulluq edin' deyə mənə əmr etdiyindən başqasını demədim. Aralarında olduğum müddətcə onlara şahid idim. Canımı aldıqdan sonra isə Sən (Özün) onların üzərində nəzarətçi oldun. Sən hər şeyə Şahidsən."

Ali İmran/3:79 Allahın kitab, hikmət və peyğəmbərlik verdiyi heç bir insan, "Allahdan sonra mənə də qulluq edin", deyə insanları özünə çağırmaz. Əksinə, "Öyrənib öyrətdiyiniz kitaba uyğun olaraq özünü Rəbbinə həsr edən qullar olun," - deyər.

Ənbiya/21:25 Səndən öncə (elə) bir elçi göndərmədik ki, ona: "Məndən başqa tanrı yoxdur; sadəcə Mənə qulluq edin!" deyə vəhy etmiş olmayaq.