Ənbiya - 21:56 Dedi ki, "Əslində sizin Rəbbiniz göylərin və yerin Rəbbidir; onları ayıraraq yaratmışdır. Mən buna şahidlik edənlərdənəm."
Əlaqəli:
Ənam/6:75 Qəti bir inanca sahib olması  üçün, İbrahimə göylərin və yerin səltənətini beləcə göstərdik:
Ənam/6:76 Gecənin qaranlığı onu bürüdükdə o, bir planet gördü, "Bu mənim Rəbbimdir!" dedi. Batınca, "Mən batanları sevmirəm," dedi.
Ənam/6:77 Ayı doğarkən görüncə, "Budur mənim Rəbbim!" dedi. Batınca da, "Rəbbim mənə doğru yolu göstərməzsə, azanlardan olaram," dedi.
Ənam/6:78 Günəşi doğarkən görüncə, "Budur mənim Rəbbim. Bu daha böyükdür!" dedi. O da batınca: "Ey xalqım, mən sizin ortaq qoşduğunuz şeylərdən uzağam," dedi.
Ənam/6:79 Mən üzümü tamamilə, göyləri və yeri yaradana çevirdim və mən ortaq qoşanlardan deyiləm.