Ənbiya - 21:79
Süleymana, doğru anlama bacarığı bağışladıq. Hər birinə bilgi və hikmət verdik. Davudun əmrinə dağları və quşları verdik. Biz bunları etmişdik.
Süleyman:
Nəml/27:15
Biz Davuda və Süleymana bilgi vermişdik və "Bizə, iman edən qullarının bir çoxundan daha çox bəxşiş edən Allaha təriflər olsun," demişdilər.
Nəml/27:16
Süleyman Davuda varis oldu. Dedi ki, “Ey insanlar, bizə quşların dilini anlamaq öyrədildi və bizə hər şeydən verildi. Bu, açıq-aşkar bir lütfdür."
Nəml/27:17
Süleyman üçün cinlərdən, insanlardan və quşlardan ordular əmələ gətirilmişdi və nizamla sövq edilirdilər.
Ənbiya/21:79
Süleymana, doğru anlama bacarığı bağışladıq. Hər birinə bilgi və hikmət verdik. Davudun əmrinə dağları və quşları verdik. Biz bunları etmişdik.
Ənbiya/21:80
Və sizi savaşlarınızda qorusun deyə ona zireh düzəltməyi öyrətdik. Artıq şükür edirsinizmi?
Ənbiya/21:81
Süleymana da bərəkətli etdiyimiz torpaqlara doğru əsən boranın əmrini verdik. Biz hər şeyi yaxşı bilirik.
Səba/34:12
Süleymana da, səhər gedişi bir ay(lıq yol gedən), axşam dönüşü də bir ay(lıq yol gedən) küləyi verdik və onun üçün petrol qaynağını fışqırdaraq axıtdıq. Rəbbinin izni ilə, cinlərdən də bir qismi əmrində çalışırdı. Onlardan kim əmrimizdən çıxarsa, ona çətin bir cəzanı daddırardıq.
Sad/38:30
Davuda, Süleymanı verdik. Yaxşı bir quldu, (Tanrıya) sürəkli yönələn biri idi.
Sad/38:31
Bir axşam, ona gözəl qaçış atları təqdim edilmişdi.
Sad/38:32
Dedi ki, "Mal və mülk sevgisi məni Rəbbimi xatırlamaqdan saxladı. Ta ki, o (günəş) bir örtüyün arxasında yox oldu."
Sad/38:33
"Onları mənim üçün geri gətirin," dedi, (vəda etmək üçün) ayaqlarını və boyunlarını oxşadı (sığalladı).
Sad/38:34
Süleymanı beləcə sınadıq; onun hökmranlığına maddi zənginlik qatdıq; ancaq o tamamilə (Tanrıya) yönəldi.
Sad/38:35
Dedi ki, "Rəbbim məni bağışla. Mənə, məndən sonra kimsənin yetişə bilməyəcəyi bir hakimiyyət ver. Sən Bəxşedənsən."
Sad/38:36
Bundan sonra əmri ilə hərəkət edən küləyi onun əmrinə verdik. İstədiyi yerə yağmur yağdırırdı.
Sad/38:37
Şeytanları da, bənnalar və dalğıclar olaraq...
Sad/38:38
Və zəncirlərlə bir-birinə bağlı gözləyən ehtiyatda olanları da...
Sad/38:39
"Bu Bizim bəxşişimizdir! İstəyirsən ver, istəyirsən tut saxla, tükənməz."
Sad/38:40
Onun Bizim yanımızda yaxınlığı və gözəl yeri vardı."
Nisa/4:163
Nuha və ondan sonra gələn peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba və soyuna, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etmiş, Davuda da Zəbur vermişdik.