Ənbiya - 21:97 Haqq sözün gerçəkləşməsi yaxınlaşmış və kafirlərin gözləri qorxudan donub qalmışdır: "Vay bizim halımıza, biz bundan qafil idik. Biz gerçəkdən zalımlar olduq."
Yəcuc və Məcucun önü açıldığı zaman: Məqsəd nədir?
Kəhf/18:96 "Mənə dəmir kütlələri (parçaları) gətirin!" Hər iki barrikadanın arasını doldurunca, "Üfürün!" dedi. Onu bir atəş halına salınca da, "Gətirin, üstünə ərimiş mis töküm," dedi.
Kəhf/18:97 Artıq onu nə keçə bildilər, nə də deşə bildilər.
Kəhf/18:98 "Bu, Rəbbimdən bir rəhmətdir," dedi. "Rəbbimin müəyyən etdiyi vaxt gəlincə onu parça-parça edər. Rəbbimin sözü gerçəkdir."
Kəhf/18:99 O gün onları buraxarıq. Dalğalar halında bir-birlərinə girərlər. Boruya üfürülər; hamısını bir araya toplayarıq.
Kəhf/18:83 Səndən iki nəsil qədər hökmranlığa sahib olan şəxs haqqında soruşarlar. De ki, "Sizə ondan bir öyüd və xatırlatma nəql edəcəyəm."
Kəhf/18:84 Biz ona yer üzündə hökmranlıq gücünü və hər cürə imkanı verdik.
Kəhf/18:86 Uzaq qərbə yetişincə günəşi böyük bir okeanda batan gördü və orada bir topluluqla qarşılaşdı. "Ey iki nəsil sahibi, istəyirsən onları cəzalandır, istəyirsən onlarla yaxşı davran," dedik.
Kəhf/18:87 Dedi ki: "Kim haqsızlıq edərsə, onu cəzalandıracağıq. Rəbbinə döndərilincə də ona görülməmiş bir cəza toxunacaqdır."
Kəhf/18:88 "İman edib müttəqi davranana gəlincə, ona gözəl bir mükafat vardır. Onu rahatlıqla təmin edəcəyik."
Kəhf/18:90 Uzaq şərqə yetişincə, günəşi, özlərini günəşdən qoruyacaq heç bir şeyə sahib olmayan bir topluluq üzərinə doğan gördü.
Kəhf/18:91 Bax belə... Onun hər gördüyünü tamamilə bilirdik.
Kəhf/18:93 İki səddin arasına yetişincə, o biri tərəfdə, az qala söz anlamayan bir topluluq gördü.
Kəhf/18:94 Dedilər ki, "Ey İki Nəsilə Sahib Olan (Zül qərneyn), Yəcuc və Məcuc yer üzündə pislik işləyirlər. Bizimlə onların arasında bir maneə qoymağın üçün sənə bir vergi ödəyə bilərikmi?
Kəhf/18:95 Dedi ki, "Rəbbimin mənə verdikləri daha yaxşıdır. Mənə gücünüzlə yardım edin ki, sizinlə onların arasına bir divar qurum."