Həcc - 22:19 Bax bunlar, Rəbləri haqqında mübahisə edən iki zidd qrupdur. İnkarçılar üçün atəşdən paltarlar biçilər və başlarından aşağı qaynar su tökülər.
İki qarşı qrup; Kitab əhli və ümmilər:
Ali İmran/3:75 Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Fəqət onlardan eləsi də var ki, ona bir Dinar əmanət etsən, başının üstündə durmadıqca geri qaytarmaz. “Ümmilərə qarşı bizim bir öhdəliyimiz yoxdur" dedikləri üçün belə davranırlar və bilə-bilə yalanlarını Allaha isnad edirlər.