Həcc - 22:34
Onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verməsindən ötrü, Allahın isimini xatırlamaları üçün, hər topluluğa ayrı bir ibadət forması müəyyən etdik. Tanrınız tək bir tanrıdır. Sadəcə Ona təslim olun. İtaət edənlərə müjdə ver.
Bütün elçilər "Yalnız Allaha qulluq edin" mesajını gətirmişdilər:
Bəqərə/2:133
Yəqub can verərkən şahid olsaydınız. O, övladlarına: "Məndən sonra kimə qulluq edəcəksiniz?" - deyə soruşmuşdu. Onlar da, "Sənin Tanrın, ataların İbrahim, İsmail və İshaqın Tanrısı olan tək Tanrıya qulluq edəcəyik, biz Ona təslim olanlarıq," - demişdilər.
Muminun/23:32
Onlara, (öz) aralarından bir elçi göndərdik: "Allaha qulluq edin, sizin Ondan başqa bir tanrınız yoxdur. Hörmət qoyub, müttəqi davranmayacaqsınız?"
Əraf/7:59
Nuhu xalqına göndərmişdik və demişdi: "Xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Sizin üçün müdhiş bir günün cəzasından qorxuram."
Əraf/7:65
Ad xalqına da qardaşları Hudu göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
Ənkəbut/29:16
İbrahimi də... Xalqına demişdi ki, "Allaha qulluq edin və Onu hörmətlə dinləyin. Bilirsinizsə, bu sizin üçün daha yaxşıdır."
Əraf/7:73
Səmud xalqına da qardaşları Salehi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Rəbbinizdən, sizə bir bəyyinə (dəlil) gəlmişdir. Bu Allahın dəvəsi sizin üçün bir işarət olacaqdır. Onu buraxın, Allahın torpağında otlasın. Ona bir zərər verməyin; yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar."
Əraf/7:85
Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."
Maidə/5:116
Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
Maidə/5:117
"Mən onlara 'Rəbbim və Rəbbiniz olan Allaha qulluq edin' deyə mənə əmr etdiyindən başqasını demədim. Aralarında olduğum müddətcə onlara şahid idim. Canımı aldıqdan sonra isə Sən (Özün) onların üzərində nəzarətçi oldun. Sən hər şeyə Şahidsən."
İsra/17:2
Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."