Həcc - 22:5
Ey insanlar, dirilmə mövzusunda şübhə edirsinizsə, (xatırlayın ki,) sizi torpaqdan, sonra bir damcıdan, sonra asılı olan bir maddədən (embriondan), sonra şəklə salınmış və salınmamış bir döldən yaratdıq. Beləcə sizə bildiririk. Nəyi istəmişiksə müəyyən bir müddətə qədər onu rəhimlərdə tutub saxlayarıq. Sonra sizi bir uşaq olaraq çıxararıq və ardından böyüyüb yetkinlik çağına yetişirsiniz. Kiminizin həyatına son verilər, kiminizin də (ömrü) ən pis yaşa qədər çatdırılar. Beləcə bir bilgiyə sahib olduqdan sonra bir şey bilməz olsun. Torpağı quru və ölü görərsən, ancaq üzərinə su yağdırdığımız zaman titrəyib qabarar və bitirər cürbəcür gözəl bitkilər.
Rəhimdə müəyyən qalma müddəti:
Əhqaf/46:15
Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.
Bəqərə/2:233
Əmizdirmə müddətini tamamlamaq istəyənlər üçün analar körpələrini tam iki il əmizdirməlidir. Ananın yeyəcək və geyəcək ehtiyacını isə uşağın atası gözəl və uyğun bir şəkildə qarşılamalıdır. Heç kəsə qüvvəsindən artıq məsuliyyət yüklənməz. Nə ana uşağına görə, nə də atası uşağına görə zərərə soxulmasın. Bunu gerçəkləşdirmək mirasçısının da görəvidir. Ana və ata danışıb razılaşdıqdan sonra süddən kəsmək istəyərsə, ikisinə də bir günah yoxdur. Uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə, haqqını uyğun bir şəkildə ödədiyiniz müddətcə sizə bir öhdəlik yoxdur. Allahı dinləyin, Allah etdiklərinizi Görür.
Loğman/31:14
Biz insana ana-atasını öyüd-nəsihət etdik. Anası onu böyük bir çətinliklə daşıyar. Süddən kəsilməsi iki il içində olur. Mənə və ana-atana təşəkkür etməlisən. Dönüş Mənədir.