Həcc - 22:71
Allahla yanaşı elələrinə qulluq/xidmət edirlər ki, onlara heç bir güc verilməmişdir və barələrində bir bilgiyə də sahib deyillər. Bu zalımların heç bir yardımçısı yoxdur.
Allahdan başqa tanrı qəbul edənlərin / ortaq qoşanların əməlləri ləğv edilər və ona görə də öz nəfslərinə / öz mənliklərinə zülm edənlərdir:
Zumər/39:65
Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.
Tovbə/9:17
Bütpərəstlər, öz inkar etmələrinə özləri şahid olduqları halda, Allahın məscidlərini tez-tez ziyarət etməməlidir. İşləri boşa çıxmışdır. Onlar atəşdə əbədidirlər.
Ənam/6:82
İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Loğman/31:13
Loğman oğluna öyüd verərkən bunu demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."