Muminun - 23:10 Məhz varis olanlar onlardır.
Cənnətə varis olanlar:
Əraf/7:43 Kökslərindən kin və qısqanclıq duyğularını çıxardıq. Altlarından çaylar axarkən: "Bizi buna yetişdirən Allaha təriflər olsun. Allah bizi doğruya yönəltməsəydi biz doğrunu tapa bilməzdik. Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər," dedilər. Onlara: "Bax bu Cənmət sizindir. Etdiklərinizə qarşılıq olaraq onu miras aldınız," deyə səsləndik.

Muminun/23:2 Həqiqətən onlar namazlarında ehtiramlıdırlar.
Muminun/23:6 Ancaq zövcələri yəni andlarının/müqavilələrinin haqq sahibi olduqları xaric. Onlar qınanmazlar.
Muminun/23:7 Kim bundan başqasını axtararsa, həddi aşmış olar.
Muminun/23:8 Onlar (o kəslər) ki, onlara əmanət edilən şeylərə diqqət edərlər. Verdikləri sözləri də yerinə yetirirlər.
Muminun/23:9 Onlar ki, namazlarını müntəzəm olaraq qoruyurlar.
Muminun/23:11 Cənnətə mirasçı olacaq və orada əbədi qalacaqlar.

Zumər/39:73 Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.
Zumər/39:74 "Bizə verdiyi sözü gerçəkləşdirən, yeri bizə miras buraxan və cənnətdə istədiyimiz yerdə sakin olmağımızı təmin edən Allaha təriflər olsun", deyərlər. Çalışanların (səy göstərənlərin) ücrəti necə də gözəlmiş!

Zuxruf/43:70 Siz və həmtaylarınız cənnətə girin; sevinc içində qarşılanacaqsınız.
Zuxruf/43:71 Onlara qızıl sinilər və piyalələrlə verilər. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey vardır. Siz orada əbədi qalacaqsınız.
Zuxruf/43:72 Cənnət budur, onu miras aldınız, etdiklərinizə qarşılıq olaraq.

Qasas/28:83 Bu Axirət yurdunu, yer üzündə təkəbbürlənməyi və fəsad törətməyi istəməyənlərə ayırdıq. Aqibət müttəqilərindir.