Muminun - 23:18 Göydən müəyyən bir ölçüdə su endirdik və onu torpaqda (yığıb) saxladıq. Şübhəsiz onu ortadan qaldırmağa da (yox etməyə də) gücümüz yetər.
"Ortadan qaldırmağa gücümüz yetər": Necə?
Kəhf/18:40 "Rəbbim, bəlkə sənin bağçandan daha yaxşısını mənə verər və ola bilər ki, bağçana göydən bir fəlakət göndərər ki, qupquru bir torpağa dönüşər."
فَعَسٰى رَبّ۪ٓي اَنْ يُؤْتِيَنِ خَيْراً مِنْ جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَاناً مِنَ السَّمَٓاءِ فَتُصْبِحَ صَع۪يداً زَلَقاًۙ
Kəhf/18:41 "Yaxud suyu dibinə çökər və bir daha su tapa bilməzsən."
اَوْ يُصْبِحَ مَٓاؤُ۬هَا غَوْراً فَلَنْ تَسْتَط۪يعَ لَهُ طَلَباً

Mulk/67:30 De ki, "Heç düşündünüzmü ki: suyunuz çəkilsə, sizə kim təmiz bir su gətirə bilər?"
قُلْ اَرَاَيْتُمْ اِنْ اَصْبَحَ مَٓاؤُ۬كُمْ غَوْراً فَمَنْ يَأْت۪يكُمْ بِمَٓاءٍ مَع۪ينٍ