Muminun - 23:19 Onunla, sizin üçün bir çox meyvələr olan xurma və üzüm bağçaları yaratdıq; onlardan yeyirsiniz.
"Endirdiyi su ilə məhsullar bitirdi":
Ənam/6:99 Göydən su endirən Odur. Onunla hər çeşid bitkini yetişdirdik. O bitkidən yetişdirdiyimiz yaşıl maddə ilə də  saysız dənələr çıxardıq. Tumurcuğundan salxımlar sallanan xurma ağacları, üzüm bağları, zeytun və nar kimi bir-birinə bənzəyən və bənzəməyən məhsullar çıxardıq. Hər birinin meyvə vermə zamanında meyvəsinə və yetişməsinə baxın. İman edən bir camaat üçün bunda dəlillər və ibrətlər vardır.

Nəml/27:60 Göyləri və yeri yaradan, göydən bir su yağdırıb, onunla sizin bir ağacını belə bitirə bilməyəcəyiniz gözəl bağçalar bitirən kimdir? Allah ilə birlikdə başqa bir tanrımı? Doğrusu, onlar azmış bir camaatdır.

Ya sin/36:33 Ölü torpaq onlar üçün bir ayədir: Onu dirildirik, oradan dənələr çıxardırıq sonra da ondan yeyirlər.
Ya sin/36:34 Orada xurma ağacları və üzümlərdən ibarət bağ və bağçalar yetişdirdik və bulaqlar qaynadıb çıxartdıq.