Muminun - 23:51
Elçilər! Yaxşı nemətlərdən yeyin və müttəqi işlər görün! Mən, sizin etdiklərinizi çox yaxşı bilirəm.
Bizim üçün yaradılan qida maddələrinə örnəklər:
Bəqərə/2:61
Fəqət siz, “Musa! Biz eyni cür yeməklərə dözə bilməyəcəyik. Rəbbini bizim üçün çağır, bizə lobya, qabaq, sarımsaq, mərcimək, soğan kimi torpağın bitirdiyindən yetişdirsin," demişdiniz ki: "Yaxşı olanı daha aşağı olanlamı dəyişdirmək istəyirsiniz? İstəyirsinizsə Misirə geri dönün, orada axtardığınızı tapa bilərsiniz!" demişdi. Beləcə alçaqlıq və yoxsulluğa məhkum edildilər və Allahın qəzəbinə məruz qaldılar. Çünki onlar Allahın ayələrinə qarşı sürəkli nankorca davranırlar, peyğəmbərləri haqsız yerə öldürürdülər. Çünki onlar, qarşı gəlib həddi aşırdılar.
Ənam/6:99
Göydən su endirən Odur. Onunla hər çeşid bitkini yetişdirdik. O bitkidən yetişdirdiyimiz yaşıl maddə ilə də saysız dənələr çıxardıq. Tumurcuğundan salxımlar sallanan xurma ağacları, üzüm bağları, zeytun və nar kimi bir-birinə bənzəyən və bənzəməyən məhsullar çıxardıq. Hər birinin meyvə vermə zamanında meyvəsinə və yetişməsinə baxın. İman edən bir camaat üçün bunda dəlillər və ibrətlər vardır.
Ənam/6:141
Odur yaradan, çardaqlı və çardaqsız bağçaları, məhsulları müxtəlif olan xurmaları, əkinləri, zeytunları və narları bənzər və ya fərqli. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin və haqqını da yığım günündə verin. İsrafçılıq etməyin; O, israfçılıq edənləri sevməz.
Rad/13:3
O ki, Yer üzünü inşa edib, üzərinə sağlam dağlar, çaylar və erkəkli-dişili yaratdığı hər cür meyvəni yerləşdirdi. Gecəni gündüzə bürüyür. Düşünən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.
Nəhl/16:5
Və kənd təsərrüfatı heyvanlarını da sizin üçün yaratdı. Onlarda istilik və digər faydalar vardır və onlardan yeyirsiniz.
Nəhl/16:10
O ki, göydən bir su endirdi, ondan içərsiniz və yenə faydalandığınız ağacları onunla sulayarsınız.
Nəhl/16:11
Onunla sizin üçün əkin, zeytun, xurma ağacları, üzümlər və hər növ meyvələr bitirməkdədir. Düşünən bir camaat üçün bunda əlbəttə bir ayə (dərs) vardır.
Nəhl/16:14
O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.
Nəhl/16:66
Sizin üçün kənd təsərrüfatı heyvanlarında da dərslər vardır. İçməyiniz üçün qarınlarından, yəni həzm olunmuş qida ilə qan arasından çıxan bir maddəni sizə sunuruq. İçilməsi ləzzətli (olan) saf süd.
Nəhl/16:68
Və Rəbbin arıya vəhy etdi: "Dağlardan, ağaclardan və qurduqlarından (pətəklərdən) evlər qur,"
Nəhl/16:69
"Sonra, hər növ meyvədən ye və Rəbbinin planını olduğu kimi izlə." Qarınlarından, insanlar üçün şəfa olan müxtəlif rənglərdə bir içki (bal) çıxar. Düşünən insanlar üçün bunda bir işarət vardır.
Muminun/23:18
Göydən müəyyən bir ölçüdə su endirdik və onu torpaqda (yığıb) saxladıq. Şübhəsiz onu ortadan qaldırmağa da (yox etməyə də) gücümüz yetər.
Muminun/23:19
Onunla, sizin üçün bir çox meyvələr olan xurma və üzüm bağçaları yaratdıq; onlardan yeyirsiniz.
Muminun/23:20
Sina Dağı ətrafında yetişən və yeyənlər üçün yağ və ləzzət verən bir ağac...
Muminun/23:21
Kənd təsərrüfatı heyvanlarında sizin üçün bir dərs vardır. Qarınlarındakı maddədən sizə içirdirik, onlarda sizin üçün bir çox faydalar mövcuddur; hətta onlardan yeyirsiniz.
Nəml/27:60
Göyləri və yeri yaradan, göydən bir su yağdırıb, onunla sizin bir ağacını belə bitirə bilməyəcəyiniz gözəl bağçalar bitirən kimdir? Allah ilə birlikdə başqa bir tanrımı? Doğrusu, onlar azmış bir camaatdır.
Rum/30:49
Halbuki onlar, onun (yağmurun) onların üzərinə yağmadan öncə ümidsiz idilər.
Rum/30:50
Allahın rəhmətinin məhsullarına bax; ölümündən sonra torpağı necə də dirildir. Bunun kimi ölüləri də dirildəcəkdir. O hər şeyə Gücü Yetəndir.
Ya sin/36:33
Ölü torpaq onlar üçün bir ayədir: Onu dirildirik, oradan dənələr çıxardırıq sonra da ondan yeyirlər.
Ya sin/36:34
Orada xurma ağacları və üzümlərdən ibarət bağ və bağçalar yetişdirdik və bulaqlar qaynadıb çıxartdıq.
Şura/42:28
Ümidlərini kəsmələrindən sonra yağmuru endirən və rəhmətini yayandır. O, Tərifəlayiq bir Dostdur.
Rahmən/55:10
Yer üzünü bütün məxluqlar üçün yaratdı.
Rahmən/55:11
Orada meyvələr, salxımlı xurma ağacları vardır.
Rahmən/55:12
Qabıqlı dənli və xoş qoxulu bitkilər (ədviyyat bitkiləri).
Əbəsə/80:25
Biz suyu tökdükcə tökdük.
Əbəsə/80:26
Torpağı yardıqca yardıq.
Əbəsə/80:27
Və orada dənələr (dənli bitkilər) bitirdik,
Əbəsə/80:28
Üzümlər, çayırlar,
Əbəsə/80:29
Zeytunlar, xurmalar,
Əbəsə/80:30
İri və sıx ağaclı bağçalar,
Əbəsə/80:31
Meyvələr və tərəvəzlər...