Muminun - 23:70 Yoxsa, onun dəli olduğunamı qərar verdilər? Halbuki onlara gerçəyi gətirmişdi. Lakin onların çoxu gerçəyi xoşlamır.
Allahın tək Tanrı olma gerçəyindən xoşlanmadılar:
Saffat/37:35 Onlara "La ilahə illəllah" deyildiyində təkəbbür göstərirdilər.
Saffat/37:36 "Tanrılarımızı dəli bir şairə görə tərk edəcəyik?" deyirdilər.

Sad/38:4 Onlara, özlərindən bir xəbərdarlıq edənin gəlməsinə yadırğadılar. İnkar edənlər, "Bu çox yalançı bir sehrbazdır," dedilər,
Sad/38:5 "Tanrıları tək tanrımı yaratdı? Bu, gerçəkdən çox qəribədir!"
Sad/38:6 Onların liderləri önə çıxdılar, "Gedin, tanrılarınıza bağlı qalın. Sizdən istənilən sadəcə budur."
Sad/38:7 "Sonuncu dində beləsini eşitmədik. Bu bir uydurmadır."
Sad/38:8 "Mesaj, nə üçün aramızdan ona nazil edildi?" Əslində, onlar mesajımdan şübhə içindədirlər. Xeyr, onlar əzabı hələ dadmadılar.

Zuxruf/43:57 Məryəm oğlu bir örnək olaraq göstərilincə sənin xalqın dərhal rədd etdilər.
Zuxruf/43:58 "Bizim tanrılarımızmı daha yaxşıdır, yoxsa o?" dedilər. Sadəcə səninlə mübahisə etmək üçün bunu söylədilər. Onlar gerçəkdə, davakar bir camaatdır.

Tovbə/9:31 Din bilənlərini, din adamlarını və Məryəm oğlu Məsihi Allahdan ayrı rəblər qəbul etdilər. Halbuki, yalnız tək Tanrıya qulluq etməklə əmr olunmuşdular. Ondan başqa Tanrı yoxdur. O, tay tutduqları kimsələrdən də çox Ucadır.