Nur - 24:39 İnkar edənlərə gəlincə, işləri, çöldəki bir ilğım kimidir. Susamış (kimsə) onu su sanar. Yanına yaxınlaşınca onu tapa bilməz, ancaq orada Allahı tapar; O da onun hesabını tam görər. Şübhəsiz Allah hesabı tez görəndir.
Allah inkar edənlərin əməllərini boşa çıxarır:
Muhəmməd/47:1 İnkar edib və Allah yolundan yayındıranlar, onların işlərini boşa çıxarmışdır.
Muhəmməd/47:8 İnkar edənlər isə məhv olmağa layiqdirlər; onların işlərini boşa çıxarmışdır.

Bəqərə/2:217 Səndən müqəddəs (haram) ayda savaşmaq barəsində soruşurlar. De ki: “Bu ayda savaşmaq böyük bir günahdır. Fəqət Allahın yolundan çevirmək, Ona (Allaha) və Müqəddəs Məscidə nankorluq etmək və insanları oradan çıxarmaq Allah yanında daha böyük bir günahdır. Çünki təzyiq və zülm, öldürməkdən daha böyük bir suçdur”. İmkanları olsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşarlar. Sizdən kim dinindən dönərsə və inkarçı olaraq ölərsə, bütün etdikləri dünyada və axirətdə boşa çıxar. Onlar atəş xalqıdır və orada sürəkli qalacaqlar.
Bəqərə/2:264 Ey iman edənlər! Allaha və Axirət gününə iman etmədiyi halda insanlara göstəriş üçün yardım edən şəxs kimi yardımlarınızı minnət qoymaqla və əziyyət etməklə boşa çıxarmayın. Bu cür davranışın örnəyi, üzərində toz-torpaq yığılan bir qayaya bənzəyir ki, şiddətli bir yağış onu çılpaq buraxar. Etdiklərindən heç bir şey qazana bilməzlər. Allah inkarçı camaatı doğruya yönəltməz.

Ali İmran/3:21 Allahın ayələrini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə və insanlar arasında ədaləti müdafiə edənləri öldürənlərə ağrılı-acılı bir əzabı müjdələ.
Ali İmran/3:22 Onlar, dünya və axirətdə etdikləri boşa çıxanlardır. Onlara yardım edən də olmayacaq.

Ənam/6:88 Allahın hidayəti belədir. Qullarından istədiyini və/və ya istəyəni ona yetişdirir. Ortaq qoşsaydılar etdikləri boşa çıxardı.
Ənam/6:158 Özlərinə mələklərin gəlməsinimi, yoxsa Rəbbinin, yaxud Rəbbinin bəzi işarətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi işarətləri gəldiyi gün, daha öncə iman etməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə bir fayda verməz. De ki: "Gözləyin, biz də gözləməkdəyik."

Tovbə/9:17 Bütpərəstlər, öz inkar etmələrinə özləri şahid olduqları halda, Allahın məscidlərini tez-tez ziyarət etməməlidir. İşləri boşa çıxmışdır. Onlar atəşdə əbədidirlər.
Tovbə/9:69 Eyni sizdən öncəkilərə bənzəyirsiniz; sizdən daha güclü idilər, sizdən daha çox mal və övladlara sahib idilər. Onlara düşən paydan xoşlandılar. Sizdən öncəkilərin öz paylarından xoşlanmaları kimi siz də öz payınızdan xoşlandınız. Özlərini mübtəla edənlər kimi siz də özünüzü mübtəla etdiniz. Onlar, işləri dünya və axirətdə boşa çıxmış kimsələrdir. Onlar itirənlərdir.

İbrahim/14:18 Rəblərini inkar edənlərin etdikləri işlər, fırtınalı bir gündə küləyin sovurduğu kül kimidir. Qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Bax gerçək itki (zərər) budur.

Həcc/22:31 Allaha ortaq qoşmayaraq, özünüzü sadəcə Ona həsr edin. Kim Allaha ortaq qoşarsa, sanki göydən düşmüş və onu kərkəz qapmış və ya ruzgar tərəfindən dərin bir fiordda sürüklənirmiş kimi olar.

Nur/24:39 İnkar edənlərə gəlincə, işləri, çöldəki bir ilğım kimidir. Susamış (kimsə) onu su sanar. Yanına yaxınlaşınca onu tapa bilməz, ancaq orada Allahı tapar; O da onun hesabını tam görər. Şübhəsiz Allah hesabı tez görəndir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Əhzab/33:18 Allah, içinizdən əngəl olanları və qardaşlarına, "Bizə tərəf gəlin", deyənləri bilməkdədir. Onlar nadir hallarda müdafiəyə qatılırlar.
Əhzab/33:19 Sizinlə əlaqələrində çox xəsisdirlər. Təhlükə gəldiyində, üzərinə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri qorxudan dönmüş bir halda sənə baxdıqlarını görərsən. Təhlükə keçincə də, mala-mülkə düşkünlük göstərərək sizi acı (incidici) dilləri ilə incidərlər. Bu cür kimsələr iman etmiş deyillər. Buna görə Allah onların işlərini boşa çıxarar. Bu, Allah üçün asandır.

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.

Muhəmməd/47:33 Ey iman edənlər, Allaha tabe olun, elçiyə tabe olun və işlərinizi boşa çıxarmayın!

Cumuə/62:5 Özlərinə Tövrat verilib və onun tələbini yerinə yetirməyənlərin örnəyi, kitablar daşıyan eşşəyin vəziyyətinə bənzəyir. Allahın ayələrini yalanlayan topluluğun vəziyyəti necə də pisdir. Allah zalım camaatı doğruya yetişdirməz.