Nur - 24:43 Bilmirsənmi ki, Allah buludları sürüyər, sonra onları birləşdirər, sonra onları bir-birinin üstünə yığar və sən də yağmurun onların arasından çıxdığını görürsən? Göydən, böyük kütlələrdən dolu yağdırar, istədiyi kimsəni ona məruz qoyar və istədiyindən də onu uzaq tutar. Şimşəyinin parıltısı az qala gözləri alır.
Göydən yağmur endirir: Əlaqəli
Əraf/7:57 O, rəhmətinin bir ön müjdəsi olaraq küləkləri göndərəndir. Toplanıb yükləndikdən sonra ağır buludları ölü bir torpağa tərəf sürərik. Onunla su endirər və onunla hər növ məhsulu çıxararıq. Ölüləri də bu cür çıxararıq. Bəlkə bundan bir öyüd alarsınız.

Rum/30:48 Allah küləkləri göndərərək buludları sürüyər, onları istədiyi kimi göydə yayıb üst-üstə yığar və sən də onların arasından yağmurun çıxdığını görərsən. Qullarından istədiyinin üzərinə onu yağdırınca dərhal sevinərlər.

Furqan/25:48 Və O, rəhmətindən öncə müjdələyici olaraq küləkləri göndərəndir. Və Biz göydən tərtəmiz bir su endirərik.

Zuxruf/43:11 O ki, göydən bir ölçüyə görə su endirdi, onunla ölü bir ölkəni diriltdik. Bax, siz belə çıxarılacaqsınız.

Qaf/50:9 Və göydən bərəkətli bir su endirərək, onunla bağçalar və biçiləcək dənələri (dənli bitkiləri) bitirdik.

Vaqiə/56:69 Onu buludlardan siz endirirsiniz, yoxsa Biz?

Rad/13:4 Yer üzündə, bir-birinə qonşu torpaq hissələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurmalıqlar vardır. Bunların hamısı eyni su ilə sulanmalarına rəğmən ləzzət baxımından bir-birindən fərqli etmişik. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.

Muminun/23:18 Göydən müəyyən bir ölçüdə su endirdik və onu torpaqda (yığıb) saxladıq. Şübhəsiz onu ortadan qaldırmağa da (yox etməyə də) gücümüz yetər.

Nur/24:43 Bilmirsənmi ki, Allah buludları sürüyər, sonra onları birləşdirər, sonra onları bir-birinin üstünə yığar və sən də yağmurun onların arasından çıxdığını görürsən? Göydən, böyük kütlələrdən dolu yağdırar, istədiyi kimsəni ona məruz qoyar və istədiyindən də onu uzaq tutar. Şimşəyinin parıltısı az qala gözləri alır.