Nur - 24:7
Beşinci andında da, yalançı olduğu təqdirdə Allahın lənətinin öz üzərinə olmasını diləyər.
Allahın axirətdə lənəti, insanın cəhənnəmə məhkum edilməsi mənasındadır:
Fəth/48:6
Və Allah haqqında pis düşüncələr bəsləyən ikiüzlü kişilərlə ikiüzlü qadınları və bütpərəst kişilərlə bütpərəst qadınları cəzalandırsın. Pislikləri əks təsir göstərəcəkdir. Allah onlara qəzəblənmiş, onları lənətləmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Orası necə də pis bir dönüş yeridir.
Əraf/7:44
Cənnət əhli cəhənnəm əhlinə səslənər: "Rəbbimizin bizə söz verdiyinin gerçək olduğunu gördük. Rəbbinizin sizə söz verdiyini, siz də gerçək olaraq gördünüzmü?" "Bəli!" deyərlər. Biri aralarında bunu elan edər: "Allahın lənəti zalımların üzərinə olsun."
Tovbə/9:68
Allah, ikiüzlü kişilərə, ikiüzlü qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm atəşini söz verir. O onlara yetər! Allah onları lənətləmişdir və onlar üçün tükənməz bir əzab vardır.
Ğafir/40:52
O gün zalımlara üzrləri bir fayda verməz. Lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.
Nisa/4:52
Onlar Allahın lənətinə məruz qaldılar. Allah kimi lənətləyərsə onun üçün bir yardımçı tapa bilməzsən.
Bəqərə/2:161
İnkar edib inkarçı olaraq ölənlər, onlar, həm Allahın, həm mələklərin və həm də insanların lənətini qazanar!
Bəqərə/2:162
Orada əbədi qalacaqlar. Əzabları yüngülləşdirilməz, onlara başqa bir şans da verilməyəcəkdir.
Ali İmran/3:86
İman etdikdən, elçinin doğru olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir camaatı, Allah necə doğruya yönəldər? Allah zalım camaatı hidayətə yetişdirməz.
Ali İmran/3:87
Onlar, həm Allahın, həm mələklərin və həm də insanların lənətini qazanar!
Ali İmran/3:88
Orada əbədi qalacaqlar; əzabları yüngülləşdirilməz və təxirə salınmaz.