Nur - 24:9
Beşinci andda da, ərinin doğru olduğu təqdirdə özünün Allahın qəzəbinə uğramasını diləyər.
Allahın qəzəbi:
Bəqərə/2:90
Allahın, lütfünü qullarından istədiyinə endirməsini qısqanaraq Allahın nazil etdiyini inkar etmək üçün şəxsiyyətlərini satmaları necə də pisdir. Beləcə üst-üstə qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab var.
Ali İmran/3:112
Harada olurlarsa olsunlar, -Allahın ipinə, ya da insanların ipinə (sözləşməsinə) sığınanlar xaric- alçaldılar. Allahın qəzəbinə layiq görüldülər və yoxsulluğa məhkum edildilər. Çünki onlar, Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bütün bunlar, qarşı gəlmələri və həddi aşmalarının bir nəticəsi idi.
Nisa/4:93
Kim iman etmiş birisini qəsdən öldürərsə yeri, sürəkli qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət etmişdir. Və onun üçün böyük bir əzab hazırlanmışdır.
Maidə/5:59
De: “Kitablılar! Allaha, bizə nazil edilənə və öncəki nazil edilənlərə iman etdik deyəmi, yoldan çıxmış olan əksəriyyətinizlə birlikdə bizə qarşı nifrət bəsləyirsiniz?"
Maidə/5:60
De: “Allah qatında bundan daha pis bir vəziyyəti sizə bildirimmi? Allah kimə lənət və qəzəb edərək meymunlar, donuzlar, bütpərəstlər halına salmışsa, bax o kimsələr yer baxımından daha pis və doğru yoldan ən çox azmış olanlardır."
Əraf/7:152
Buzovu bütləşdirənlər, Rəblərindən bir qəzəbə və dünya həyatında bir alçaqlığa uğrayacaqdır. İftiraçıları belə cəzalandırırıq.
Ənfal/8:16
Kim o gün, savaş taktikası və ya başqa bir birliyə qatılma məqsədindən başqa arxasını dönüb qaçarsa, Allahdan bir qəzəbə uğramışdır və yeri də cəhənnəmdir. Necə də pis bir məskunlaşma yeridir.
Nəhl/16:106
Qəlbi imanla dolu olduğu halda (inkar etməyə) məcbur edilən istisna olmaqla, imandan sonra inkar etməyə qəlbini açıb Allahı inkar edənlər, Allah tərəfindən bir qəzəbə layiqdirlər və onlar üçün böyük bir əzab vardır.
Ta ha/20:80
Ey İsrail oğulları! Sizi düşməninizdən qurtarmış, Sina dağının sağ yanında sizə söz vermiş və üzərinizə Mənna və bildirçin endirmişdik.
Ta ha/20:81
Sizə verdiyimiz ruzilərin yaxşılarından yeyin və bu mövzuda həddi aşmayın; yoxsa qəzəbimə uğrayarsınız. Qəzəbimə uğrayanlar isə alçalmışdır.
Ta ha/20:86
Musa, qəzəbli və məyus halda xalqının yanına döndü və, "Xalqım, Rəbbiniz sizə gözəl bir söz verməmişdimi? Gözləyə bilmədinizmi? Yoxsa Rəbbinizin qəzəbinə uğramaq üçünmü mənimlə etdiyiniz sözləşməni pozdunuz," dedi.
Şura/42:16
Allah haqqında, Onun (Allahın) çağırışına cavab verdikdən sonra mübahisə edənlərin dəlilləri Rəbləri qatında keçərsizdir. Qəzəbə layiq olanlardır və onlara çətin (şiddətli) bir əzab vardır.
Fəth/48:6
Və Allah haqqında pis düşüncələr bəsləyən ikiüzlü kişilərlə ikiüzlü qadınları və bütpərəst kişilərlə bütpərəst qadınları cəzalandırsın. Pislikləri əks təsir göstərəcəkdir. Allah onlara qəzəblənmiş, onları lənətləmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Orası necə də pis bir dönüş yeridir.