Furqan - 25:10
İstəsə sənə, bunlardan daha yaxşı olan, içlərindən çaylar axan cənnətlər (bağçalar) və köşklər verə bilən O çox ucadır.
Dünya və axirət həyatının qarşılaşdırılması:
Rad/13:26
Allah istədiyinə ruzini açar və ya azaldar. Onlar dünya həyatı ilə sevindilər, halbuki bu dünya həyatı axirət ilə müqayisə edildiyində bir dolanacaqdan ibarətdir.
Nəhl/16:95
Allaha verdiyiniz sözü ucuza satmayın. Sizin üçün Allahın yanındakılar daha yaxşıdır; bir bilsəniz.
Ali İmran/3:14
Qadınları, uşaqları, yığın-yığın qızılı - gümüşü, təlim görmüş atları, mal-qaranı və əkin yerlərini sevmək kimi zövqlər insanlara cazibədar görünür. Bunlar, dünya həyatının nemətləridir. Halbuki gediləcək ən gözəl yer Allah qatındadır.
Nisa/4:77
Onlara, “Savaşdan əl çəkin, namazı qoruyun, zəkatı verin!” – deyilən kəslərə diqqət etmədinmi? Onlara savaşmaları əmr edildiyində, insanlardan Allahdan qorxar kimi, bəlkə də daha artıq qorxmağa başladılar və "Rəbbimiz, nə üçün bizə savaşı yüklədin, bizi yaxın bir vaxta qədər təxirə sala bilməzdinmi?" - dedilər. De ki, "Bu dünyanın varlığı azdır, müttəqilər üçün axirət daha xeyirlidir; ən ufaq bir haqsızlığa məruz qalmayacaqsınız."
Tovbə/9:38
Ey iman edənlər, sizə nə oldu ki, "Allah yolunda hərəkətə keçin," deyildiyi zaman, yerə yapışıb qaldınız? Axirət yerinə bu dünya həyatınamı razı oldunuz? Dünya həyatının nemətləri axirət həyatına müqayisədə çox azdır.
Hud/11:15
Kim dünya həyatını və onun bərbəzəyini (komfortunu) axtararsa, etdiklərinin qarşılığını orada tam ödəyərik və onlar orada heç bir əskikliyə uğradılmazlar.
Hud/11:16
Bunlar üçün axirətdə, yalnız atəş vardır. Etdiklərinin hamısı orada boşa çıxmışdır. Bütün etdikləri keçərsizdir.
Hud/11:108
Xoşbəxtlər isə, göylər və yer durduğu müddətcə cənnətdə qalacaqlar. Rəbbin istəyərsə başqa. Tükənməz bir mükafatdır bu.
Kəhf/18:28
Rəblərinin rizasını diləyərək səhər axşam qulluq edənlərlə birlikdə olmağa çalış. Dünya həyatının cəlbedici materiallarını arzu edib, gözlərini onlardan (o kəslərdən) ayırma. Qəlbini mesajımızdan qafil etdiyimiz və həvəsinə uyaraq işlərini qarışdıran kimsələrin ardınca getmə.
Qasas/28:60
Sizə verilən hər şey, bu dünya həyatının malı və süsüdür. Allah yanında olanlar isə daha yaxşı və sürəklidir. Anlamırsınız?
Qasas/28:79
Bir vaxtlar, bütün görkəmi ilə xalqının arasına çıxmışdı. Dünya həyatını seçənlər, "Kaş ki, Qaruna verilənlərin bir bənzəri bizə də verilsəydi. Gerçəkdən, o çox şanslı biridir," dedilər.
Qasas/28:80
Özlərinə bilgi verilmiş olanlar, "Təəssüflər olsun sizə, iman edən və müttəqi davranan üçün Allahın mükafatı daha yaxşıdı," dedilər. Buna ancaq səbr edənlər qovuşdurular.
Ənkəbut/29:64
Bu dünya həyatı bir əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə gerçək həyatdır; bir bilsəydilər!
Ğafir/40:39
"Ey xalqım, bu dünya həyatı müvəqqəti bir yaşayış yeridir. Axirət yurdu isə əbədi bir məskəndir."
Ğafir/40:39
"Ey xalqım, bu dünya həyatı müvəqqəti bir yaşayış yeridir. Axirət yurdu isə əbədi bir məskəndir."
Muhəmməd/47:36
Dünya həyatı bir oyun və əyləncədən ibarətdir. İman edib müttəqi davransanız, mükafatlarınızı verər. O sizdən paralarınızı (pullarınızı) istəmir.
Hədid/57:20
Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.
Əla/87:16
Lakin siz dünya həyatını seçirsiniz.
Əla/87:17
Halbuki axirət daha yaxşı və sürəklidir.