Furqan - 25:18 "Sən Ucasan, Səninlə yanaşı kimsəni vəlilər qəbul etmək bizə yaraşmaz. Fəqət, Sən onlara və atalarına nemətlər bağışladın. Nəhayət, onlar mesajı unudub dəyərsiz bir camaat oldular," deyə qarşılıq verdilər.
Verilən nemətlərə örnəklər:
Ali İmran/3:14 Qadınları, uşaqları, yığın-yığın qızılı - gümüşü, təlim görmüş atları, mal-qaranı və əkin yerlərini sevmək kimi zövqlər insanlara cazibədar görünür. Bunlar, dünya həyatının nemətləridir. Halbuki gediləcək ən gözəl yer Allah qatındadır.

Bəqərə/2:267 Ey iman edənlər! Qazandıqlarınızdan və sizin üçün yerdən çıxartdığımız nemətlərdən yardım olaraq verin. Sizə verilsə, ancaq gözünüz qapalı olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifə layiqdir.

Ali İmran/3:103 Allahın ipinə birlikdə daha möhkəm sarılın; ayrılığa düşməyin. Allahın sizə olan nemətini xatırlayın. Siz bir-birinizə düşmənlər idiniz, qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaşlar oldunuz. Bir atəş çuxurunun kənarında idiniz, sizi ondan qurtardı. Yola gələsiniz deyə Allah ayələrini belə açıqlayır.

Maidə/5:3 Leş, qan, donuz əti, Allahdan başqasına nəzir edilənlər sizə haram edildi. Canları çıxmadan kəsməyiniz istisna, boğulmuş, vurulmuş, (hündür yerdən) düşmüş, buynuzlanmış və öldürülmüş, canavar tərəfindən yeyilmiş heyvanlar, müqəddəsləşdirilmiş daşlar üzərində boğazlanaraq fal oxları ilə dağıdılanlar, bəli bunlar pisdir. Kafirlər bu gün dininizdən ümid kəsmişlər. Onlardan çəkinməyin; Məndən çəkinin. Bu gün sizə dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və sizə din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən məcburiyyətdə qalarsa, günaha istəklə yönəlmədən yeyərsə, ona günah yoxdur. Çünki, Allah Bağışlayandır, Rəhmlidir.

Nəhl/16:81 Allah, yaratdığı şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, sizin üçün dağları sığınacaq etdi, sizi istidən qoruyacaq paltarlar və sizi savaşlarınızda qoruyacaq paltarlar hazırladı. Təslim olasınız deyə nemətlərini sizə bu cür tamamlayır.
Nəhl/16:5 kənd təsərrüfatı heyvanlarını da sizin üçün yaratdı. Onlarda istilik və digər faydalar vardır və onlardan yeyirsiniz.
Nəhl/16:6 Ayrıca boş zamanlarınızda və səyahətlərinizdə sizin üçün onlarda bir komfort və zövq vardır.
Nəhl/16:7 Və sizin yüklərinizi də, öz-özünüzə ancaq çətinliklə apara biləcəyiniz bölgələrə daşıyırlar. Rəbbiniz əlbəttə Raufdur, Rəhmlidir.
Nəhl/16:8 Minməyiniz və əylənməyiniz üçün atları, qatırları və eşşəkləri yaratdı və daha bilmədiyiniz bir çox şeyi də yaradır.
Nəhl/16:10 O ki, göydən bir su endirdi, ondan içərsiniz və yenə faydalandığınız ağacları onunla sulayarsınız.
Nəhl/16:11 Onunla sizin üçün əkin, zeytun, xurma ağacları, üzümlər və hər növ meyvələr bitirməkdədir. Düşünən bir camaat üçün bunda əlbəttə bir ayə (dərs) vardır.
Nəhl/16:12 Gecəni, gündüzü, günəşi və ayı xidmətinizə sundu. Ulduzlar da Onun əmri altındadır. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.
Nəhl/16:13 Və sizin üçün yer üzündə yaratdığı müxtəlif rəngli şeyləri də... Düşünən bir camaat üçün əlbəttə bunda bir dərs vardır.
Nəhl/16:14 O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.
Nəhl/16:15 Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi, yolu tapa bilməniz üçün də çaylar və yollar,
Nəhl/16:16 Və gözə dəyən işarətlər... Ulduzlarla da yol tapırlar.

Rahmən/55:11 Orada meyvələr, salxımlı xurma ağacları vardır.
Rahmən/55:12 Qabıqlı dənli və xoş qoxulu bitkilər (ədviyyat bitkiləri).