Furqan - 25:27 O gün zalım kimsə (üzüntüdən) əlini dişləyib belə deyər: "Kaş ki, elçi ilə birlikdə eyni yolu tutsaydım."
Elçinin yolu:
Yusuf/12:108 De ki: "Mənim yolum budur: Açıq-aydın bir dəlillə Allaha çağırıram, eyni şəkildə mənim ardımca gələnlər də... Allah Ucadır, mən ortaq qoşan birisi deyiləm."

Ali İmran/3:64 De ki, “Kitablılar! Bizimlə sizin aranızda eyni olan bir prinsipə gəlin: Allahdan başqasına qulluq etməyək və Ona heç bir şeyi ortaq qoşmayaq, birimiz digərini Allahdan sonra Rəblər qəbul etməsin." Qəbul etməzlərsə, "Şahid olun, biz müsəlmanlarıq!" - deyin.

Rad/13:36 Özlərinə kitab verdiklərimiz sənə nazil edilənə sevinirlər. Bəzi qruplar onun bir qismini inkar edərlər. De ki: "Allaha qul olmaqla və Ona ortaq qoşmamaqla əmr edildim. Ona tətəf çağırıram və dönüşüm də Onadır."

Cinn/72:20 De ki, "Mən sadəcə Rəbbimə çağırıram; və Ona heç kimsəni ortaq qoşmaram."