Furqan - 25:46 Sonra onu yavaş-yavaş çəkib alarıq.
Kölgələr yaratdı:
Furqan/25:45 Rəbbinin kölgəni necə uzatdığına diqqət etdinmi? Həqiqətən, istəsəydi onu hərəkətsiz də edərdi. Necə ki, Günəşi ona dəlil etdik (kölgənin varlığını işığa bağlı etdik).

Qasas/28:24 Onlar üçün suladı, sonra kölgəyə çəkildi və dedi: "Rəbbim, Sənin mənə bağışlayacağın hər şeyə möhtacam."


Bəqərə/2:57 Sizi buludlarla kölgələndirmiş və sizin üçün mənna və bildirçin endirmişdik: "Sizə verdiyimiz yaxşı ruzilərdən yeyin." Fəqət onlar Bizə deyil, sadəcə özlərinə zülm edirdilər.

Nəhl/16:81 Və Allah, yaratdığı şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, sizin üçün dağları sığınacaq etdi, sizi istidən qoruyacaq paltarlar və sizi savaşlarınızda qoruyacaq paltarlar hazırladı. Təslim olasınız deyə nemətlərini sizə bu cür tamamlayır.
Nəhl/16:48 Allahın yaratdığı şeylərə baxmırlarmı ki, kölgələri Allaha səcdə edərək sağdan və soldan sürünərək gedib-gəlir?