Furqan - 25:74
Onlar (o kəslər) ki, "Rəbbimiz, zövcələrimizi, uşaqlarımızı bizim üçün bir xoşbəxtçilik qaynağı et və bizi öndə gedən müttəqilərdən et," deyərlər.
Öndə gedən muttəqilər / yaxşılıqlarda yarışanlar.
Bəqərə/2:148
Hər birinizin seçdiyi bir yön və üsul var; siz yaxşılıqda yarışın. Harada olursunuz olun Allah sizi bir araya gətirər. Allah əlbəttə hər şeyə gücü yetəndir.
وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلّ۪يهَا فَاسْتَبِقُوا الْخَيْرَاتِۜ اَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللّٰهُ جَم۪يعاًۜ اِنَّ اللّٰهَ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ
Muminun/23:57
Rəblərinə olan ehtiramdan ötrü, mümkün qədər diqqətli olanlar,
اِنَّ الَّذ۪ينَ هُمْ مِنْ خَشْيَةِ رَبِّهِمْ مُشْفِقُونَۙ
Muminun/23:60
Rəblərinə dönəcəklərinin şüurunda olaraq verənlər,
وَالَّذ۪ينَ يُؤْتُونَ مَٓا اٰتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ اَنَّهُمْ اِلٰى رَبِّهِمْ رَاجِعُونَۙ
Muminun/23:61
Məhz onlar, yaxşılıqlarda yarışanlardır; və onlar yaxşılıq etməkdə öncüdürlər.
اُو۬لٰٓئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ