Şuəra - 26:124 Qardaşları Hud onlara demişdi ki, "Müttəqi davranmayacaqsınız?"
Ad xalqı Allaha ortaq qoşan, fəsad törədən bir camaatdı:
Əraf/7:70 Dedilər ki: "Sadəcə Allaha qulluq edək və atalarımızın qulluq/xidmət etdiklərini tərk edək deyəmi bizə gəldin? Doğru sözlüsənsə bizi təhdid etdiyin şeyi gətir, görək."

Fussilət/41:15 Ad xalqına gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərdilər və "Bizdən daha güclü kim var" dedilər. Onları yaradan Allahın onlardan daha güclü olduğunu anlamadılarmı? Onlar ayə və möcüzələrimizi bilərək inkar edirdilər.

Hud/11:59 Bax, Ad (xalqı) belə idi! Rəblərinin ayələrini rədd etdilər, elçilərinə üsyan etdilər və hər inadçı zalımın əmrinə tabe oldular.

Şuəra/26:124 Qardaşları Hud onlara demişdi ki, "Müttəqi davranmayacaqsınız?"
Şuəra/26:127 "Buna qarşılıq sizdən hər hansısa bir ücrət də istəmirəm. Mənim ücrətim, ancaq aləmlərin Rəbbinə aiddir."
Şuəra/26:128 "Hər təpənin üzərinə bir işarət (bir inşa) yerləşdirib vaxt keçirirsiniz?"
Şuəra/26:129 "Əbədi qala bilərsiniz deyə sağlam tikililərmi əldə edirsiniz?"
Şuəra/26:130 "Yaxaladığınız vaxt qəddar kimi yaxalayırsınız."
Şuəra/26:132 "Bildiyiniz hər şeyi sizə verəni dinləyin."
Şuəra/26:135 "Sizin üçün müdhiş bir günün cəzasından qorxuram."
Şuəra/26:136 Dedilər ki, "Öyüd versən də, verməsən də, bizə görə eynidir."
Şuəra/26:137 "Bu, bizdən öncəkilərin izlədiyi həyat tərzidir."
Şuəra/26:139 Beləcə onu yalanladılar. Nəhayət Biz də onları məhv etdik. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.