Şuəra - 26:186 "Sən sadəcə bizim kimi bir insansan və biz sənin yalan söylədiyinə inanırıq."
Əykəlilər / Mədyənlilər Şuəyb peyğəmbəri necə yalanladılar?
Hud/11:91 Dedilər, "Şueyb, sənin söylədiklərinin bir çoxunu anlamırıq. Üstəlik biz, səni aramızda gücsüz görürük. Qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sənin bizə qarşı hər hansısa bir üstünlüyün yoxdur."
Hud/11:92 Dedi ki: "Ey xalqım, qəbiləm sizə görə Allahdan dahamı üstündür ki, Ona arxa çevirdiniz? Rəbbim, sizin bütün etdiklərinizi Əhatə Edəndir."

Şuəra/26:186 "Sən sadəcə bizim kimi bir insansan və biz sənin yalan söylədiyinə inanırıq."
Şuəra/26:187 "Doğru sözlüsənsə,  göydən üzərimizə kütlələr endir."
Şuəra/26:189 Onu yalanladılar və nəticə olaraq Sayvan Gününün (Kölgəli Gününün) cəzası onları yaxaladı; Müdhiş bir günün cəzası idi.

Hud/11:87 Dedilər ki: "Şueyb, atalarımızın qulluq/xidmət etdiklərindən və ya ticarətimizi istədiyimiz kimi idarə etməkdən əl çəkməyimizi, sənin namazınmı lazım bilir? Sən əslində yumşaq xasiyyətlisən, ağıllısan."

Əraf/7:88 Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"
Əraf/7:90 Xalqının öndə gələn inkarçıları, "Şueybə tabe olarsanız ziyana uğrayanlardan olarsınız," dedilər.