Şuəra - 26:61 Hər iki topluluq bir-birini görüncə, Musanın yoldaşları: "Baxın, yaxalanırıq!" dedilər.
Biz sizinlə birlikdəyik; dinləyirik:
Hud/11:96 Musanı ayələrimizlə (möcüzə və vəhyimizlə) və qəti bir səlahiyyətlə göndərdik
Hud/11:97 Firon və onun əyanlarına... Ancaq onlar Fironun əmrinə tabe oldular. Fironun əmri isə ağıllıca (doğru yol göstərən) deyildi.

Qasas/28:35 (Allah) dedi ki, "Səni bazunu qardaşınla gücləndirəcəyik və ikinizə elə bir səlahiyyət verəcəyik ki, sizə toxuna bilməyəcəklər. Siz ikiniz və sizin ardınızca gedənlər möcüzələrimizlə zəfər qazanacaqsınız."

Ta ha/20:77 Musaya: "Qullarımı gecə vaxtı başqa bir yerə apar və onlar üçün dənizdə quru bir yol aç. Yaxalanmaqdan qorxma, narahat olma," deyə vəhy etdik.

Şuəra/26:61 Hər iki topluluq bir-birini görüncə, Musanın yoldaşları: "Baxın, yaxalanırıq!" dedilər.
Şuəra/26:62 "Əsla. Rəbbim mənimlə birlikdədir; Mənə bir çıxış yolu göstərəcəkdir!" dedi.