Şuəra - 26:92 Onlara belə deyilər, "Hanı qulluq/xidmət etdikləriniz, haradadır -"
Ortaqlarım haradadır? Əlaqəli
Mulk/67:20 Rəhmandan başqa sizə yardım edəcək o ordularınız haradadır? Gerçəkdən, inkar edənlər aldanmaqdadırlar.

Ənam/6:22 Hamısını topladığımız gün ortaq qoşanlara, "Haradadır iddia etdiyiniz ortaqlarınız?"
Ənam/6:23 Onların tək müdafiəsi bu olacaq: "Rəbbimiz Allaha and olsun ki, biz ortaq qoşmadıq."

Əraf/7:37 Allaha yalan iftira edəndən və ya ayələrini yalanlayandan daha zalım kim ola bilər? Onların kitabda anlatılan payları onlara yetişəcəkdir. Elçilərimiz onlara gəlib canlarını alarkən: "Allahdan başqa qulluq/xidmət etdikləriniz haradadır," dediklərində, "Bizi tərk etdilər," deyərlər. İnkarçı olduqlarına dair öz əleyhlərində şahidlik edərlər.

Nəhl/16:27 Sonra, Dirilmə günündə onları rəzil edər və: "Uğrunda mübahisə edərək mücadilə etdiyiniz 'ortaqlarım' haradadır?" deyər. Özlərinə bilgi verilənlər də belə deyərlər: "Bu gün rəzillik və pislik kafirlərədir."
Nəhl/16:28 Onlar ki, nəfslərinə zülm edərkən mələklər canlarını alır. Axırda təslim olub: "Biz hər hansısa bir pislik etmirdik!" deyərlər. Xeyr, Allah sizin etdiklərinizi yaxşı bilir.

Şuəra/26:92 Onlara belə deyilər, "Hanı qulluq/xidmət etdikləriniz, haradadır -"
Şuəra/26:93 "- O Allahdan başqa? Sizə indi yardım edə bilirlərmi? Özlərinə belə yardımları toxuna bilirmi?"

Qasas/28:62 Gün gələr, onlara, "Ortaqlarım olduqlarını iddia etdikləriniz hanı, haradadır?" deyə səslənər.
Qasas/28:63 Əleyhlərində hökmün gerçəkləşdiyi kimsələr, "Rəbbimiz, bunlar bizim yoldan çıxartdığımız kimsələrdir; biz özümüz yoldan çıxmış olduğumuz üçün onları yoldan çıxartdıq. Onları buraxıb Sənə sığınırıq. Onlar əslində bizə qulluq/xidmət etmirdilər," deyərlər.
Qasas/28:64 Onlara, "Haydı ortaqlarınızı (yardıma) çağırın!" deyilər. Bundan sonra onları çağırarlar, ancaq onlara qarşılıq verməzlər. Əzabı görərlər və doğru yolda olmadıqlarına yanarlar.
Qasas/28:74 Gün gələr, onlara, "Ortaqlarım olduqlarını iddia etdikləriniz hanı, haradadır?" deyə səslənər.
Qasas/28:75 Hər bir camaatdan bir şahid seçər və, "Dəlilinizi gətirin!" deyərik. Beləcə, bütün gerçəyin Allaha aid olduğunu öyrənəcəklər və uydurmuş olduqları şeylər onları buraxıb gözdən itəcəkdir.

Ğafir/40:73 Sonra onlara belə deyilər, "Haradadır otaq qoşduqlarınız,"
Ğafir/40:73 Sonra onlara belə deyilər, "Haradadır otaq qoşduqlarınız,"

Fussilət/41:47 Saatın (dünyanın sonunun) bilgisi Onun qatındadır. Onun bilgisi olmadan nə meyvələr qabıqlarından çıxa bilər, nə də bir dişi hamilə qalar və ya doğar. "Hanı Mənim ortaqlarım, haradadır?" deyə onlara səsləndiyi gün, onlar: "Heç birimizin buna şahidlik etmədiyini Sənə ərz edirik," deyərlər.
Fussilət/41:48 Daha öncə yardım üçün çağırdıqları (dinə ortaq qoşduqları kəslər) onlardan uzaqlaşmışdır. Artıq qaçacaq bir yerləri olmadığını anlayarlar.