Şuəra - 26:98
"Çünki sizi aləmlərin Rəbbinə tay tuturduq."
Aləmlərin Rəbbi (Rəbbil aləmin) nədir?
Şuəra/26:23
Firon, "Aləmlərin Rəbbi də nə deməkdir?" dedi.
قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعَالَم۪ينَ
Şuəra/26:24
(Musa) dedi ki, "Qəti bir inanca sahibsinizsə, O, göylərin, yerin və aralarındakıların Rəbbidir!"
قَالَ رَبُّ السَّمٰوَاتِ وَالْاَرْضِ وَمَا بَيْنَهُمَاۜ اِنْ كُنْتُمْ مُوقِن۪ينَ
Şuəra/26:25
(Firon) ətrafındakılara dönərək, "eşidirsinizmi?" dedi.
قَالَ لِمَنْ حَوْلَـهُٓ اَلَا تَسْتَمِعُونَ
Şuəra/26:26
Dedi ki, "Sizin də, öncəki atalarınızın da Rəbbidir."
قَالَ رَبُّكُمْ وَرَبُّ اٰبَٓائِكُمُ الْاَوَّل۪ينَ
Şuəra/26:27
Dedi ki, "Sizə göndərilən elçi, şübhəsiz ki, bir dəlidir!"
قَالَ اِنَّ رَسُولَكُمُ الَّـذ۪ٓي اُرْسِلَ اِلَيْكُمْ لَمَجْنُونٌ
Şuəra/26:28
Dedi ki, "Ağlınızı işlədirsinizsə, O, şərqin, qərbin və aralarındakıların da Rəbbidir!"
قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَاۜ اِنْ كُنْتُمْ تَعْقِلُونَ