Nəml - 27:3 Onlar (o kəslər) ki, namazı qoruyurlar, zəkatı verirlər və axirət mövzusunda da şübhələri yoxdur.
İman edənlərin axirət mövzusunda da heç bir şübhələri yoxdur:
Bəqərə/2:45 Çətinliklərə qarşı səbr və namaz ilə yardım diləyin. Əlbəttə bu, insanlara ağır gəlir; ancaq itaət edənlər xaric.
Bəqərə/2:46 Çünki onlar, Rəblərinə qovuşacaqlarına və Ona dönəcəklərinə iman edirlər.

Ali İmran/3:9 "Rəbbimiz, gerçəkləşməsinə şübhə olmayan gündə insanları toplayacaq olan Sənsən." Allah sözündən dönməz.

Əraf/7:123 Firon: "Mən sizə izin vermədənmi ona iman etdiniz? Bu, bir plandır. Şəhərdə bu planı qurdunuz ki, xalqını oradan çıxarasınız. Amma yaxında biləcəksiniz!" dedi,
Əraf/7:124 "Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcəyəm və sonra hamınızı asacağam!"
Əraf/7:125 Dedilər ki: "Biz onsuzda Rəbbimizə dönəcəyik."

İnsan/76:9 "Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
İnsan/76:10 "Biz, üzü dönmüş və bəlalı bir gündən ötrü Rəbbimizdən çəkinirik."

Əhqaf/46:17 Digər tərəfdən bir başqası var ki, ana-atasına, "Uf sizə, məndən öncə neçə-neçə nəsillər keçmiş olmasına rəğmən mənim dirildiləcəyimimi iddia edirsiniz?" O ikisi isə Allaha sığınaraq: "Təəssüflər olsun sənə; lütfən iman et. Allahın sözü gerçəkdir." Bunun üzərinə o, "Bu, keçmişdəkilərin nağıllarından başqa bir şey deyil," deyər.

Mumtəhənə/60:4 Sizin üçün İbrahim və onunla bərabər olanlarda gözəl bir örnək vardır. Onunla bərabər olanlar, öz xalqına, "Biz sizdən və sizin Allahdan başqa qulluq/xidmət etdiklərinizdən uzağıq. Sizi tanımırıq. YALNIZ Allaha iman edincəyə qədər bizimlə sizin aranızda əbədi olaraq düşmənçilik və nifrət zahir olmuşdur. Halbuki, İbrahimin atasına, "Sənin bağışlanmağın üçün dua edəcəyəm, fəqət Allahdan gələcək heç bir şeyə qarşı səni qoruya bilmərəm." şəklindəki sözü (bir xəta olaraq) bunun xaricində idi. "Rəbbimiz, Sənə güvəndik, Sənə yönəldik və axırda Sənə dönəcəyik."