Nəml - 27:3
Onlar (o kəslər) ki, namazı qoruyurlar, zəkatı verirlər və axirət mövzusunda da şübhələri yoxdur.
Zəkatı necə verirlər?
Ənam/6:141
Odur yaradan, çardaqlı və çardaqsız bağçaları, məhsulları müxtəlif olan xurmaları, əkinləri, zeytunları və narları bənzər və ya fərqli. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin və haqqını da yığım günündə verin. İsrafçılıq etməyin; O, israfçılıq edənləri sevməz.
Bəqərə/2:274
Paralarını (pullarını) gecə və gündüz, gizli və aşkar yardım üçün verənlərin mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
Bəqərə/2:271
Yardımlarınızı açıqlasanız, nə gözəl. Ancaq onları gizləyərək möhtaclara versəniz daha yaxşıdır və bu bəzi günahlarınızı örtər. Allah etdiyinizi xəbər alır.
Bəqərə/2:267
Ey iman edənlər! Qazandıqlarınızdan və sizin üçün yerdən çıxartdığımız nemətlərdən yardım olaraq verin. Sizə verilsə, ancaq gözünüz qapalı olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifə layiqdir.
İnsan/76:8
Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.
Ali İmran/3:92
Sevdiyiniz şeylərdən iqtisadi yardım olaraq vermədikcə müttəqi bir şəxs ola bilməzsiniz. Hər nəyi verərsəniz Allah mütləq onu bilir.
Bəqərə/2:267
Ey iman edənlər! Qazandıqlarınızdan və sizin üçün yerdən çıxartdığımız nemətlərdən yardım olaraq verin. Sizə verilsə, ancaq gözünüz qapalı olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifə layiqdir.
Bəqərə/2:219
Səndən sərxoş edicilər və qumar barəsində soruşarlar: “O ikisində böyük bir günah və insanlar üçün yararlar var; ancaq günahları yararlarından daha böyükdür,”-de. Ayrıca, sədəqə olaraq nəyi verəcəklərini səndən soruşarlar: “Artığı” de. Allah ayələrini sizə belə açıqlayır ki, düşünəsiniz...
Furqan/25:67
Onlar verərkən israfçılıq və xəsislik etməz, ikisi arasında yerli-yerində xərcləyərlər.
Bəqərə/2:215
Necə yardım edəcəklərini soruşurlar səndən. De ki: “Para (pul) və mal yardımlarınızı ana-ataya, yaxınlara, kimsəsizlərə, yoxsullara və yolda qalmışlara etməlisiniz. İşlədiyiniz hər yaxşılığı Allah bilir.
Tovbə/9:60
Sədəqələr, Allahdan bir öhdəlik olaraq yalnız yoxsullara, gücsüzlərə (kasıblara), bu sahədə çalışan görəvlilərə, rəğbət bəsləyənlərə, kölələrin azadlığı üçün, borclulara, Allah yoluna və yolda qalmışlara verilməlidir. Allah Biləndir, Hikmət sahibidir.
Rum/30:39
İnsanların malları içində artması üçün verdiyiniz sələm (riba) Allah yanında artmaz. Ancaq, Allahın rizasını diləyərək verdiyiniz bir zəkata gəlincə, onu verənlər sərmayələrini qat-qat artırarlar.