Nəml - 27:39
Cinlərdən bir ifrit, "Sən yerindən qalxmadan onu sənə gətirə bilərəm. Bunu edə biləcək gücə sahibəm." dedi.
Cinlər də Süleyman peyğəmbərin əmrində idi:
Ənbiya/21:82
Və onun üçün dalğıclıq edən və bununla yanaşı başqa işlər də görən şeytanları da... Onlara Biz nəzarət edirdik.
Nəml/27:17
Süleyman üçün cinlərdən, insanlardan və quşlardan ordular əmələ gətirilmişdi və nizamla sövq edilirdilər.
Nəml/27:38
(Süleyman) dedi ki, "Ey əyanlarım, onlar mənim yanıma müsəlmanlar olaraq gəlmədən öncə hansınız onun taxtını mənə gətirə bilər?"
Nəml/27:39
Cinlərdən bir ifrit, "Sən yerindən qalxmadan onu sənə gətirə bilərəm. Bunu edə biləcək gücə sahibəm." dedi.
Səba/34:12
Süleymana da, səhər gedişi bir ay(lıq yol gedən), axşam dönüşü də bir ay(lıq yol gedən) küləyi verdik və onun üçün petrol qaynağını fışqırdaraq axıtdıq. Rəbbinin izni ilə, cinlərdən də bir qismi əmrində çalışırdı. Onlardan kim əmrimizdən çıxarsa, ona çətin bir cəzanı daddırardıq.
Səba/34:13
O nə istəyərdisə, onun üçün düzəldərdilər: Mehrablar, heykəllər, dərin hovuzlar və ağır qazanlar... Ey Davud ailəsi, şükür bəlirtisi (əlaməti) olaraq çalışın. Qullarımdan çox azı şükür edəndir.
Səba/34:14
Ölümünə hökm verdiyimiz zaman, onlara onun ölmüş olduğunu, ancaq dəyənəyini yeyən bir yer məxluqu göstərdi. Yıxıldığı zaman cinlər gerçəyi fərq etdi: görülməyəni (qeybi) bilsəydilər, o alçaldıcı çətin işə davam etməzdilər.
Sad/38:37
Şeytanları da, bənnalar və dalğıclar olaraq...
Sad/38:38
Və zəncirlərlə bir-birinə bağlı gözləyən ehtiyatda olanları da...