Nəml - 27:44
Ona, "Sarayın salonuna daxil ol!" deyildi. Sarayın salonunu görüncə, su hovuzu sanaraq qıçlarını çırmaladı. (Süleyman) dedi ki, "Bu, kristalla döşənmiş bir salondur." (Qadın lider), "Rəbbim, özümə haqsızlıq etmişəm. Süleyman ilə birlikdə aləmlərin Rəbbi Allaha təslim oldum," dedi.
Aləmlərin Rəbbi (Rəbbil aləmin) nədir?
Şuəra/26:23
Firon, "Aləmlərin Rəbbi də nə deməkdir?" dedi.
Şuəra/26:24
(Musa) dedi ki, "Qəti bir inanca sahibsinizsə, O, göylərin, yerin və aralarındakıların Rəbbidir!"
Şuəra/26:25
(Firon) ətrafındakılara dönərək, "eşidirsinizmi?" dedi.
Şuəra/26:26
Dedi ki, "Sizin də, öncəki atalarınızın da Rəbbidir."
Şuəra/26:27
Dedi ki, "Sizə göndərilən elçi, şübhəsiz ki, bir dəlidir!"
Şuəra/26:28
Dedi ki, "Ağlınızı işlədirsinizsə, O, şərqin, qərbin və aralarındakıların da Rəbbidir!"