Nəml - 27:57 Biz də onu və ailəsini qurtardıq, yalnız arvadından başqa; onu geridə qalanlardan saydıq.
Arvadı xaric: Əlaqəli
Hud/11:81 (Mələklər) dedilər, "Ey Lut, biz, Rəbbinin elçiləriyik. Onlar sənə toxuna bilməzlər. Ailəni gecənin bir vaxtında götürüb başqa yerə apar, sizdən heç kimsə geriyə baxmasın; fəqət sənin arvadın istisna. Digərlərinin başına gələnlər onun da başına gələcəkdir. Onların müəyyən edilmiş zamanı səhər vaxtıdır. Səhər yaxın deyilmi?"

Əraf/7:83 Biz də onu və ailəsini qurtardıq, fəqət arvadı xaric; o geridə qalanlardandır.

Hicr/15:60 "Yalnız arvadından başqa; onun geridə qalanlardan olmasını qərarlaşdırdıq," dedilər.

Nəml/27:57 Biz də onu və ailəsini qurtardıq, yalnız arvadından başqa; onu geridə qalanlardan saydıq.

Ənkəbut/29:32 Dedi ki, "Amma orada Lut var." Onlar da dedilər, "Orada kimlərin olduğunu yaxşı bilirik. Onu və ailəsini qurtaracağıq, fəqət arvadı xaric; o geridə qalanlardandır."
Ənkəbut/29:33 Elçilərimiz Lutun yanına gəldiklərində elçilərimizə ediləm müamiləyə görə (Lut) narahat olmağa başladı, pis vəziyyətdə qaldı. Ona dedilər ki, "Qorxma, üzülmə. Biz səni və ailəni qurtaracağıq. Arvadın xaric; o geridə qalanlardan olmuşdur."