Nəml - 27:63 Qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən kimdir? Rəhmətindən öncə küləkləri müjdə olaraq göndərən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Allah ortaq qoşduqlarından çox ucadır.
Dənizin qaranlıqlarının təfərrüatı:
Nur/24:40 Yaxud, yoğun bir sislə (dumanla) birlikdə dalğa üstünə dalğanın örtdüyü əngin bir dənizin ortasındakı qaranlıqlara bənzəyir. Üst-üstə yığılmış qaranlıqlar... İnsan əlini uzatdığı zaman az qala onu belə görə bilməz. Allahın nurdan məhrum etdiyi kimsənin heç bir nuru ola bilməz.