Qasas - 28:10 Musanın anasının könlü bomboş səhərə çıxdı. İman etməsi üçün könlünə qüvvət verməsəydik, az qala vəziyyəti açığa çıxaracaqdı.
Əlaqəli:
Ta ha/20:39 "'Onu bir sandığa qoyub çaya at. Çay da onu sahilə atsın və Mənə də, ona da düşmən olan birisi onu götürsün.' deyə... Gözümün önündə yetişəsən deyə, sənə sevgimi yağdırmışdım."
Ta ha/20:40 "O vaxt bacın gedib, 'Ona baxacaq birini sizə göstərimmi?' deyirdi. Beləcə, gözü aydınlansın və üzülməsin deyə, səni anana geri döndərmişdik. Hətta sən bir nəfəri öldürmüşdün, səni üzüntüdən qurtarmış və müxtəlif sınaqlardan keçirmişdik. Mədyən xalqının arasında illərlə qaldıqdan sonra bəlli bir plana görə indi geri gəlmisən, Musa."

Şuəra/26:18 Dedi ki, "Biz səni lap körpə ikən götürüb böyütmədikmi? Və həyatının neçə illərini aramızda keçirmədinmi?"

Qasas/28:7 Musanın anasına: "Onu əmizdir, ancaq nə zaman onun can güvənliyindən narahat olarsansa onu çaya at. Qorxma, üzülmə. Biz onu sənə döndərəcək və onu elçilərdən biri edəcəyik," deyə vəhy etdik.
Qasas/28:8 Nəhayət Fironun ailəsi, özləri üçün bir düşmən və üzüntü qaynağı olacaq o körpəni götürdü. Firon, Haman və orduları günahkarlar idilər.
Qasas/28:9 Fironun arvadı, "Gözümüz aydın olsun. Onu öldürmə. Bəlkə bizə faydası toxunar, yaxud onu övlad seçərik." Heç bir şeydən xəbərləri yox idi.
Qasas/28:10 Musanın anasının könlü bomboş səhərə çıxdı. İman etməsi üçün könlünə qüvvət verməsəydik, az qala vəziyyəti açığa çıxaracaqdı.
Qasas/28:11 (Anası onun) bacısına, "Onu təqib et," dedi. O da kimsə hiss etmədən uzaqdan təqib etdi.
Qasas/28:12 Öncədən, onun süd analarını qəbul etməməsini təmin etdik. Nəhayət (bacısı), "Sizin üçün onun qayğısına qalmağı öhdəsinə götürəcək və onunla yaxşı davranacaq bir ailəni göstərimmi?" dedi.
Qasas/28:13 Beləcə onu anasına döndərdik ki, gözü aydın olsun, üzülməsin və Allahın sözünün gerçək olduğunu bilsin. Halbuki çoxları bilməz.