Qasas - 28:47 Öz əlləriylə işlədikləri üzündən başlarına bir müsibət gəldiyində, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, Sənin ayələrinə tabe olsaydıq və iman edənlərdən olsaydıq," deyə bilməsinlər deyə...
Kitab əhlinin inkar edənlərinin əlləri ilə işlədiyi pisliklər:
Bəqərə/2:61 Fəqət siz, “Musa! Biz eyni cür yeməklərə dözə bilməyəcəyik. Rəbbini bizim üçün çağır, bizə lobya, qabaq, sarımsaq, mərcimək, soğan kimi torpağın bitirdiyindən yetişdirsin," demişdiniz ki: "Yaxşı olanı daha aşağı olanlamı dəyişdirmək istəyirsiniz? İstəyirsinizsə Misirə geri dönün, orada axtardığınızı tapa bilərsiniz!" demişdi. Beləcə alçaqlıq və yoxsulluğa məhkum edildilər və Allahın qəzəbinə məruz qaldılar. Çünki onlar Allahın ayələrinə qarşı sürəkli nankorca davranırlar, peyğəmbərləri haqsız yerə öldürürdülər. Çünki onlar, qarşı gəlib həddi aşırdılar.

Nisa/4:60 Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia etdikləri halda azğınların və despotların qanunlarını tətbiq etmək istəyənləri görmürsənmi? Halbuki onu inkar etməklə əmr edilmişdilər; fəqət şeytan onları tamamilə azdırmaq istəyir.
Nisa/4:160 Yəhudilərin işlədikləri zülmlərə və bir çox adamı Allah yolundan çevirmələrinə görə onlara daha öncə halal edilmiş təmiz nemətləri qadağan etdik.
Nisa/4:46 Yəhudilərin bir qismi kəlmələrin mənasını dəyişdirir və "eşitdik ancaq qəbul etmirik", və ya "sözünüz kar qulağa girir" və ya dini məsxərəyə qoymaq üçün dillərini əyib-bükərək, "Raina (çobanımız ol)" deyərlər. Onlar, "Eşitdik və itaət etdik", "Dinləyirik" və "Bizə nəzər sal", desəydilər özləri üçün daha yaxşı və daha doğru olardı. Lakin Allah inkarlarına görə onları lənətləmişdir. Çoxları iman etməz.

Maidə/5:41 Ağızlarıyla "iman etdik", dedikləri halda qəlbləriylə iman etməyənlərin inkarçılıqdakı səyləri səni üzməsin. Yəhudilərin bir qrupu var ki, yalana qulaq verir, səninlə heç qarşılaşmamış bir topluluğu dinləyir. Kəlmələrin mənasını dəyişdirib. "Sizə bu verilərsə alın, bu verilməzsə çəkinin," deyirlər. Allah birini çaşdırmaq istəyərsə, Allaha qarşı kimsə ona yardım edə bilməz. Bax onlar, Allahın qəlblərini təmizləmək istəmədiyi şəxslərdir. Onlar üçün dünyada alçaldılma və axirətdə də böyük bir əzab var.
Maidə/5:82 İnsanların arasında iman edənlərin ən azğın düşməni olaraq Yəhudiləri və müşrikləri görəcəksən. İman edənlərə sevgi baxımından ən yaxın olanları da “Biz Xristianıq!” – deyənləri görərsən. Çünki onların arasında təkəbbür göstərməyən papalar və rahiblər vardır.
Maidə/5:70 İsrail oğullarından söz almış, onlara elçilər göndərmişdik. Hər nə vaxt xoşlarına gəlməyən bir şeylə onlara bir elçi gəldisə, bir qismini yalanlayıb, bir qismini də öldürdülər.

İsra/17:4 Kitabda İsrail oğullarına: "Yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbürlənəcəksiniz," deyə bildirdik,