Qasas - 28:59 Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.
Muhəmmədə (ə) qədər uzun bir müddət, Məkkə camaatına kitab verilməmişdi:
Ənam/6:155 Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Ənam/6:156 Artıq, "Bizdən öncəki iki qrupa kitab verildi; biz isə onların öyrəndiklərindən (oxuduqlarından) xəbərsiz idik," deyə bilməzsiniz.

Maidə/5:19 Ey kitab əhli! Elçilər arasındakı bir boşluq dönəmindən sonra sizə elçimiz gəlmişdir və sizə gerçəkləri anladır ona görə ki, "Bizə bir müjdələyici və xəbərdarlıq edən gəlmədi," deməyəsiniz. Artıq sizə müjdəçi və xəbərdaredici gəldi. Allah hər şeyə Gücü Yetəndir.

Qasas/28:46 (Musanı) çağırdığımız zaman Turun yamacında da deyildin. Ancaq, səndən öncə özlərinə  bir xəbərdar edən gəlməmiş bir camaatı xəbərdar etməyin üçün Rəbbindən bir rəhmət olaraq (sənə bilgi veririk); bəlkə öyüd alarlar.

Ya sin/36:6 Ataları xəbərdar edilmədiyindən tamamilə xəbərsiz qalmış bir camaatı xəbərdar etməyin üçün...

Zuxruf/43:5 Həddi aşan bir camaatsınız deyə, mesajı sizə çatdırmaqdan vaz keçək?

Səba/34:44 Onlara, tədqiq edəcəkləri bir Kitab verməmiş və səndən öncə onlara bir xəbərdar edici göndərməmişdik.

Muminun/23:68 Onlar bu sözü incələmədilərmi (araşdırmadılarmı), yoxsa keçmiş atalarına gəlməyən bir şeymi onlara gəldi?

Bəqərə/2:198 Rəbbinizin lütfünü (həcc bölgəsində ticarət edərək) axtarmağınızda qəbahət yoxdur. Ərafatdan ayrıldığınızda Müqəddəs Bölgədə Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu xatırlayın; bundan öncə siz yolunuzu azmışdınız.

Cumuə/62:2 O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.