Bəqərə - 2:102
Süleymanın hökmranlığı haqqında şeytanların anlatdığına tabe oldular. Halbuki Süleyman inkar etmədi; insanlara sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı öyrədən şeytanlar inkar etmişdi. Bu ikisi: “Bu bir sınaqdır, (bu biliyi pislik etmək üçün istifadə edib) nankor olmayın!”– deməmiş kimsəyə onu öyrətməzdilər. Fəqət o ikisindən öyrəndiklərini, ər ilə arvadı bir-birindən ayırmaq üçün istifadə etdilər. Halbuki Allahın izni olmadan onlar heç kimsəyə bir zərər verə bilməzdi. Özlərinə fayda verəni deyil, zərər verəni öyrənirdilər. Üstəlik, ona müştəri olanların axirətdə bir payının olmadığını da yaxşı bilirdilər. Qarşılığında şəxsiyyətlərini satdıqları şey necədə pisdir. Bir bilsəydilər!
Şeytanın gücü kimlər üçün yoxdur?
Hicr/15:39
(İblis) dedi ki: "Rəbbim, məni yoldan çıxartdığın üçün, onları yer üzündə başdan çıxarıb toplu halda azdıracağam."
Hicr/15:40
"Özlərini sadəcə Sənə həsr edənlər xaric."
Hicr/15:41
(Allah) dedi ki: "Bax Mənim dəyişməz qanunum budur."
Hicr/15:42
"Əlbəttə, sadəcə Mənə qulluq edənlərə qarşı bir gücün yoxdur. Ancaq sənə tabe olan azğınlara gücün yetər."
İsra/17:64
Onlardan gücün çatdığı kimsələri səsinlə yerindən oynat, onlara qarşı bütün gücünü və adamlarını səfərbər et, paralarının (pullarının) və övladlarının bir bölümünə ortaq ol və onlara ümid ver. Şeytan, onlara ancaq saxta ümidlər verir."
İsra/17:65
"Qullarıma gəlincə, sənin onlar üzərində heç bir gücün yoxdur." Qoruyucu olaraq Rəbbin yetər.
Nəhl/16:98
Quran oxuduğunda, qovulmuş şeytandan Allaha sığın!
Nəhl/16:99
İman edib Rəblərinə güvənənlərə onun bir gücü yoxdur.