Bəqərə - 2:13
Onlara, "Bu insanların iman etdiyi kimi iman edin," deyildiyində, "Beyinsizlərin iman etdiyi kimimi iman edəcəyik?” deyərlər. Gerçək beyinsizlər onlardır, fəqət bilməzlər.
Heç bir kəs Allahın izni olmadan iman edə bilməz:
Əraf/7:43
Kökslərindən kin və qısqanclıq duyğularını çıxardıq. Altlarından çaylar axarkən: "Bizi buna yetişdirən Allaha təriflər olsun. Allah bizi doğruya yönəltməsəydi biz doğrunu tapa bilməzdik. Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər," dedilər. Onlara: "Bax bu Cənmət sizindir. Etdiklərinizə qarşılıq olaraq onu miras aldınız," deyə səsləndik.
Bəqərə/2:257
Allah iman edənlərin Hökmdarı və Dostudur; onları qaranlıqlardan aydınlığa çıxarır. İnkar edənlərin dostları isə azğın kəslərdir; onları aydınlıqdan qaranlığa çıxarırlar. Onlar atəş xalqıdır, onlar orada sürəkli qalacaqlar.
Ənam/6:125
Allah kimi doğru yola yetişdirmək istəyərsə, onun könlünü İslama (Tanrıya təslim olmağa) açar, kimi də azdırmaq istəyərsə köksünü, göyə yüksəlirmiş kimi dar və sıxıntılı edər. Allah iman etməyənləri bax bu cür pis vəziyyətə salar.
Ənfal/8:23
Allah onlarda bir yaxşılıq olduğunu görsəydi, onlara eşitdirərdi. Onlara eşitdirsəydi belə, yenə üz çevirərək dönərdilər.
Bəqərə/2:213
İnsanlar tək bir topluluq idi. Allah peyğəmbərləri müjdələyici və xəbərdar edici olaraq göndərdi. Və ixtilafa düşdükləri mövzularda insanların arasında hökm etmələri üçün onlarla birlikdə gerçəyi əhatə edən kitabı nazil etdi. Halbuki kitab verilənlər onlara açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı qısqanclıqdan ötrü onun haqqında ixtilafa düşdülər. Fəqət Allah, izni ilə iman edənləri onların ixtilafa düşdüyü gerçəyə yetişdirdi. Allah istədiyini/istəyəni doğru yola yönəldir.
Bəqərə/2:272
Onları doğruya yönəltmək sənə aid deyildir. Ancaq Allah istədiyini doğruya yönəldir. Möhtaclara etdiyiniz hər yaxşılıq özünüz üçün faydalıdır. Yardımlarınız yalnız Allah üçün olmalıdır. Etdiyiniz hər yaxşılığın qarşılığı sizə tam ödənəcəkdir. Haqsızlığa uğradılmayacaqsınız.
Ənam/6:111
Onlara mələkləri endirsək, onlarla ölülər danışsa və hər şeyi gətirib önlərinə toplasaq, Allahın istədikləri xaric, yenə iman edəcək deyillər. Fəqət çoxu bu gerçəyi bilməz.
Şura/42:52
Biz beləcə sənə qatımızdan bir ruh vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Ancaq onu, istədiyimiz qulları doğruya yetişdirən bir nur etdik. Sən əlbəttə doğru yola bələdçilik edirsən.
Bəqərə/2:3
O kəslər ki, duyğularıyla hiss edə bilmədikləri gerçəklərə də inanarlar, namazı (səlatı) qoruyarlar, onlara verdiyimiz ruzidən möhtaclara verərlər;