Bəqərə - 2:138
Budur Allahın sistemi! Kimin sistemi Allahınkindən daha yaxşıdır? "Biz yalnız Ona qulluq edərik."
Allahın sistemi (İslam dini):
Bəqərə/2:130
Özünü aldadandan başqası İbrahimin dinindən üz çevirməz. Onu bu dünyada seçdik, axirətdə də müttəqi kəslərdən olacaq.
Bəqərə/2:135
“Yəhudi və ya Xristian olun ki, doğru yolu tapa biləsiniz," - dedilər. De ki: "Xeyr, biz İbrahimin Təkallahlı dininə tabe olarıq. O, ortaq qoşanlardan olmadı."
Ali İmran/3:19
Allah tərəfindən təsdiqlənən tək din , Təslim Olmaqdır (İslamdır). Kitab verilmiş olanlar, özlərinə bilik gəldikdən sonra sırf aralarındakı qısqanclıq üzündən anlaşmazlığa düşdülər. Allahın ayələrini inkar edənlər üçün Allah haqq-hesabı tez çəkər.
Ali İmran/3:68
İnsanların İbrahimə ən yaxın olanları, onun ardınca gedənlər, bu Peyğəmbər və iman edənlərdir. Allah iman edənlərin Hökmdarı və Dostudur.
Ali İmran/3:85
Kim İslamdan (Tanrıya təslim olmaqdan) başqa bir din axtararsa ondan qəbul edilməyəcək və o axirətdə ziyana uğrayanlardan olacaqdır.
Ali İmran/3:95
De ki: “Allah doğrunu söyləyər; İbrahimin Təkallahlı (hənif) dininə tabe olun. O, ortaq qoşanlardan olmadı.”
Nisa/4:125
Allaha təslim olaraq yaxşılıq edən və İbrahimin Təkallahlı (hənif) dininə tabe olandan daha gözəl bir dinə kim sahib ola bilər? Allah İbrahimi dost seçdi.
Ənam/6:161
De ki: "Rəbbim məni ən doğru olan yola yönəltmişdir: Monoteist olan İbrahimin mükəmməl dininə... O, ortaq qoşanlardan olmadı."
Nəhl/16:123
Həqiqətən İbrahimin dinini bir monoteist olaraq izləməyin üçün sənə vəhy etdik; o əsla bütpərəstlərdən olmadı.
Həcc/22:78
Və Allah uğrunda lazımi cəhdi və fəaliyyəti göstərin. Odur sizi seçən. O, atanız İbrahimin yolu olan bu dini, sizin üçün çətin və ağır etmədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizi, daha öncə də, indi də "Müsəlmanlar=Təslim olanlar" olaraq adlandıran Odur. Namazı qoruyun, zəkatı verin və Allaha sarılın; Mövlanız (Sahibiniz) Odur. Nə gözəl Sahib və nə gözəl Yardımçıdır!
Rum/30:43
Elə isə, Allahdan, geri çevrilməsi mümkün olmayan bir gün gəlmədən öncə özünü ən doğru olan dinə həsr et. O gün şok olarlar.